Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə20/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   16   17   18   19   20   21   22   23   ...   154
İnzibati məsuliyyət vəzifəli şəxsin müəyyən edilmiş qaydada cərimə olunmasıdır. Dövlət nəzarəti orqanları əməyin mühafizəsi qaydalarının pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cərimə edə bilərlər. Cərimə olunmuş vəzifəli şəxs on gün müddətində xalq məhkəməsinə şikayət edə bilər. Məhkəmənin şikayətlər barədə hökmü qətidir və bu hökmdən şikayət verilə bilməz.

Əmək qanunvericiliyinin qəsdən pozulmasında, işçilərin qeyri-qanuni işdən çıxarılmasında, qeyri-qanuni işdən çıxarılmış işçilərin işə qaytarılması haqqında məhkəmənin qərarı pozulduqda, işə qəbulun inkar edilməsində, hamilə qadınların və yaxud südəmər uşağı olan qadınların işdən qanunsuz azad edilməsində rəhbər və s. işçilər cinayət məsuliyyətinə cəlb olunurlar.

Əməyin mühafizəsi qaydalarının pozulması ilə bədbəxt hadisələr yarandıqda, yaxud yarana bilərsə, habelə ağır nəticəli hallar baş verdikdə vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar.

Əmək məcəlləsinə müvafiq əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işə götürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək məcəlləsinə və ya müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.





Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin