Məsafəylə müdafiə − bir sıra mənfi təsirlərin intensivliyinin məsafəylə azalması təsirindən istifadə edilir.
Ekranlaşdırma ilə müdafiə − mənfi amil mənbəyi və insan arasında ekranın yerləşdirilməsiylə reallaşır.
Zəif bəndlə müdafiə − qoruyucuların, klapanların, membranların və s. tətbiqi.
Normalaşdırma ilə müdafiə. Dövlət rəsmi sənədlər vasitəsi ilə (standartlar, normalar, qaydalar və başqaları) hər konkret amil üçün mümkün təsir normativlərini müəyyən edir.
Mənbədə mənfi amilin azaldılması ilə müdafiə daha mükəmməl, ekoloji texniki qurğuların (işlənmiş qazların tərkibində zərərli maddələr az olan avtomobil mühərrikləri, elektromaqnit şüalanması çox kiçik səviyyədə olan kompüter monitorları və s.) layihələndirilməsi hesabına mənbədə mənfi amilin azaldılmasıyla müdafiədir.
Kompensasiyayla müdafiə – zərərli istehsal sahələrinin işçilərinə müxtəlif güzəştlər və kompensasiyaların, müalicə-profilaktik qidalanmanın və s. verilməsi ilə aparılır.