Qaynaq işlərində qaynaqçı cərəyanın qiymətinə görə maska və ya qara şüşəli eynək kimi fərdi mühafizə vasitələri, habelə brezent əlcək və xüsusi geyimlə təmin olunmalıdır.
İri çən və qazanların içərisində qaynaq aparıldıqda qaynaqçı rezin şlem geyinməli və yanında qaynaq işi qurtaranadək bir nəfər təlimatlandırılmış nəzarətçi olmalıdır. Qaynaq nəm otaqlarda və ya nəmişlik şəraitində aparılarkən qaynaqçı rezin əlcək və qaloş geyib, rezin xalça, yaxud quru taxta ayaqaltı üzərində dayanmalıdır.
9. İŞ YERLƏRİNDƏ ÜMUMİ SANİTARİYA TƏLƏBLƏRİ
Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış
Əmək gigiyenası əmək prosesinin və istehsalat mühitinin insanın işgüzarlığına və sağlamlığına təsirini öyrənən elmdir.
Əməyin gigiyenası – gigiyenanın bir bölməsi olub, əmək şəraitini və xarakterini, onların insanın sağlamlığına və funksional vəziyyətinə təsirini öyrənir, istehsalat mühitinin və əmək prosesinin işçilərə zərərli və təhlükəli təsirinin profilaktikasına yönəlmiş elmi əsaları və praktiki tədbirləri hazırlayır.
Dostları ilə paylaş: |