Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə55/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   51   52   53   54   55   56   57   58   ...   154
Atmosfer təzyiqi də insan orqanizminə təsir göstərir. Normal atmosfer təzyiqindən insan orqanizmin toxumalarında və daxili boşluqlarında təzyiq xarici təzyiqə bərabər olur. Təzyiqin dəyişməsi orqanizmə zərərli təsir edərək zəiflik, baş gicəllənməsi, ürək bulanması, burun və ağızdan qan axmasına səbəb olur.

Atmosfer təzyiqinin dəyişməsi mərkəzi sinir sistemi ilə bütün orqanlara təsir edərək müxtəlif xəstəliklər yarada bilir. Normal atmosfer təzyiqi 760 mm civə sütunudur. Normal atmosfer təzyiqinə nisbətən təzyiqin bir neçə mm civə sütunu qədər ani dəyişməsi insan sağlamlığı üçün təhlükə yaradır. Belə hallarda daxili orqanların həyat fəaliyyəti pozulur və ümumi xəstəliklər yaranır.

Atmosfer təzyiqini ölçmək üçün müxtəlif tipli barometrlərdən istifadə edilir. Mikroiqlim parametrlərini normallaşdırmaq üçün binaların qızdırılması və ventilyasiyası həyata keçirilir. İstehsalat şəraitində havada olan toz və zərərli qazlar normadan artıq olduqda insanlarda dəri, göz və vərəm xəstəliyi yarada bilir. Havada zəhərli qazların normadan artıq olması isə orqanizmdə müxtəlif zəhərlən-mələr yaradır. Bunlar orqanizmə tənəffüs, dəri və həzm yolları vasitəsilə daxil olur. Ona görə də toz və qazların miqdarı normadan artıq olmamalıdır. Binalarda bunların miqdarını (normasını) azaltmaq üçün ventilyasiya tətbiq edilir və belə şəraitdə işləyənlərə müxtəlif tipli respirator və əleyhqazlar (istifadə edilməlidir) verilir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin