Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Zərərli maddələrin buraxıla bilən konsentrasiya hədləri



Yüklə 1,31 Mb.
səhifə61/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   57   58   59   60   61   62   63   64   ...   154
Zərərli maddələrin buraxıla bilən konsentrasiya hədləri

Cədvəl 15

Zərərli maddə

İşçi zonaların və avtomobilin salonunun havasında, mq/m3

Yaşayış sahələrinin atmosferində, mq/m3

Dəm qazı, CO

20

5

Azot iki oksidi, NO



0,4

Azot dörd oksidi, NO2

5*

0,085

Karbohidrogenlərin cəmi, CmHn

300

5

Akrolein, C2H2 CHO

0,2

0,03

* − azot oksidləri NO2-yə gətirilmiş halda.


Təhlükəsiz və sağlam iş şəraitinin yaradılması üçün vacib amillərdən biri də istehsalat təhlükəsini minimuma endirilməsidir. Bunlara havanın çirklənməsi, temperaturun, səs-küyün, vibrasiyanın yüksəkliyi və s. daxildir. Bütün bu zərərli amillər peşə xəstəliklərinin yaranmasına, insan sağlamlıgının pisləşməsinə səbəb olur. İstehsalat sanitariyasının məqsədi sənaye təhlükəsini aradan qaldırmadır.

Nəqliyyat müəssisələrinin ərazisi texnoloji tələblərə cavab verməlidir. Müəssisələrin həyəti maşınların təhlükəsiz saxlanması üçün hamar və asfalt-beton döşəmiş olmalıdır, boş sahələr yaşıllaşdırılmalıdır. Ərazi mütəmadi zibillikdən təmizlənməli və hasara alınmalıdır. Sexlər təmiz saxlanmalı, soyuq döşəmələr olan yerlərdə taxta ayaqaltından istifadə edilməlidir. Toz və qazlar ayrılan sexlər ümumi iş sahələrindən arakəsmələrlə ayrılmalıdıdır.

Zəhərli qazların və tozların istehsalat zonasının havasında miqdarı buraxılabilən həddi keçməməlidir. Tavanlar, divarlar, arakəsmələr və binanın başqa sahələri acıq rəngli boyalarla rənglənməlidir. Müəssisələr təbii və süni işıqlanma ilə təchiz edilir. İşıqlandırmanın kəsildiyi xüsusi hallarda işi davam etdirmək üçün və insanların evakuasiyası zamanı qəza işıqlandırmasından istifadə olunur.

İstehsalat və köməkçi tiklilər istilik sistemi və ventilyasiya ilə təmin edilməlidir. Bütün tiklilərdə görünən yerlərdə termometr asılmalıdır. İstehsalat tikililərində zəhərli qazların və tozların kənarlaşdırılması üçün ventilyasiya olmalıdır. Tozların, buxarların və qazların yarandığı sahələrdə yerli sorucular quraşdırılmalıdır. Ventilyasiyanın ətraflı və sanitar-gigiyenik yoxlanılması ən azı ildə bir dəfə aparılır. İçməli və istehsalat suları yalnız borular vasitəsilə verilir. Tullantı suları təmizlənmə qurğularından keçirilməli, təmizlənməmiş çirkab suları ümumi kanalizasiya sisteminə axıdılmamalıdır.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin