12. TEXNOGEN XARAKTERLİ QƏZALAR
Texnogen fəlakət – insan tələfatı, insanların sağlamlığının pozulması, obyektlərin dağılması, yaxud məhv edilməsi, həmçinin ətraf mühitin çirkləndirilməsi ilə nəticələnən nəhəng qəzaya deyilir.
Texnogen qəza dedikdə isə nəqliyyat, tikinti, sənaye obyektlərində və texniki
sistemlərdə baş verən, insan həyatı və sağlamlığına təhlükə yaradan və texnolojı proseslərin pozulmasına, dağıntılara səbəb olan, həmçinin ətraf mühitə ziyan vuran təhlükəli hadisələr başa düşülür.
Texnogen qəzalar texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə ekoloji dəyişikliklərə səbəb ola bilər. Bu hadisələr təsərrüfata böyük ziyan vurmaqla yanaşı insan həyatına təhlükə yaradır. Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.
Yayılma miqyasına nəinki fövqəladə hal yaranan ərazinin ölçüsü, eyni zamanda dolayısı ilə onun əmələ gətirə biləcəyi bütün sosial-ekoloji nəticələr – rabitə, su təchizatı və sistemlərinin pozulması, təmir işlərinin aparılması, yaxud zədələnmiş bina və tikintilərin sökülməsi də daxildir.
Dostları ilə paylaş: |