İstehsalat qəzaları da çox təhlükəlidir. Güclü istehsalat qəzası – sənaye müəssisələrində, nəqliyyat vasitələrində və digər obyektlərdə istehsalat prosesinin gözlənilmədən pozulması ilə əlaqədar maddi sərvətlərin məhv olunmasına deyilir. insan tələfatı ilə nəticələnən qəza halları fəlakət adlanır. Neft və qaz mədənləri, neftayırma və neft emalı zavodları, habelə güclü təsirli zəhərləyici maddələr işlədilən, saxlanılan digər obyektlər istehsalat qəzaları ehtimalına görə təhlükəli obyektlər sayılır. Belə obyektlərdə qəzalar adətən partlayış və yanğınlarla müşayiət edilir, xeyli tələfata, maddi itkilərə səbəb olur. Güclü təsirli kimyəvi zəhərlı maddələrin ətrafa yayılması ilə bas verən istehsalat qəzaları daha fəlakətli sayılır.