Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə70/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   66   67   68   69   70   71   72   73   ...   154
Yığışdırma-yuma işləri. Avtomobillərin yığışdırma-yuma işləri işıqlı, ventilyasiya ilə təmin edilmiş xüsusi yerdə icra olunur. Avtobus, minik avtomobillərinin salonunun yığışdırılması, çörək daşıyan avtomobillərin furqonunun yığışdırılması məqsədilə sənaye tozsoranı və ya xüsusiləşmiş tozsoranlarından istifadə olunur. Avtomobil qanadlarının, ayaqaltıların qar və palçıqdan təmizlənməsi zamanı çəkic və metal beldən istifadə edilərsə üz və gözlərin zədələnməsi hallarının qarşısını almaq üçün ehtiyatlı olmaq lazımdır.

Əllə yumada alçaq (0,3 – 0,4 MPa) təzyiqli və yüksək təzyiqli (1,5 – 2,0 MPa) nasoslardan istifadə olunur. Yuma qurğuları ilə yuduqda kimyəvi təmizləmədə (detalların təmizlənməsi) həyata keçirilir. Burada həlledicilərin temperaturu 80 – 95 ºC-ə qədər olur ki, burada həm temperaturdan, həm də zəhərlənmədən mühafizə nəzərdə tutulmalıdır. Təhlükəsizlik üçün və işin asanlaşması məqsədi ilə yuyucu qurğu izolə edilmiş binalarda yerləşdirilir, işəsalma pultu yuma qurğusundan aralı qoyulur.

Fəhlənin (yuyucunun) zədədən qorunması məqsədilə qurğu torpaqlanmalıdır (elektrik cərəyanından mühafizə üçün). İşəsalma pultunda gərginlik 12 V-dan artıq olmamalıdır. Bütün elektrik mühərrikləri, elektrik kabelləri və cihazları hermetik şəkildə bağlı olmalıdır. Yuyucu məhlulların sızma və püskürməsinin qarşısını almaq üçün vannadakı məhlulun səviyyəsi, vannanın kənarından 100 – 200 mm aşağı olmalı və vanna dəmir qapaqla örtülməlidir. Ağırlığı 20 kq-dan artıq olan detallar ancaq mexaniki qurğu ilə vannaya yüklənməlidir. Yuma ilə məşğul olanlar eynək və rezin əlcək geyinməlidirlər.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin