Misgər-tənəkə və kuzov işləri. Əməyin mühafizə qaydalarına görə bu işlər xüsusi ventilyasiya qurğusu olan binada görülür. Turşu şüşə və ya çini qablarda olmalıdır. Ehtiyat turşu balonları qumla əhatə olunaraq dəmir şkafda saxlanmalıdır. Lehimləmənin təhlükəsizliyi üçün işlənən sahədən tezalışan maddə qalıqları tam təmizlənməlidir, qaynar su ilə yuyulmalıdır, səth buxarlandırılmalıdır, kaustik soda ilə yenidən yuyulmalı və qaynar hava ilə qurudulmalıdır. Lehimlənən qabın ağzı açıq olmalı, lehimləyici lampanı işə başlamazdan qabaq yoxlamaq və hər ayda 1 dəfə texniki baxışdan keçirmək lazımdır.