14. AVTOMOBİL NƏQLİYYATI VASİTƏLƏRİNİN TƏHLÜKƏSİZLİYİ
Nəqliyyat vasitələri təhlükəli mobil obyektlərdir. Onların təhlükəsizlik xüsusiyyətləri konstruktiv və kinematik parametrlərdən asılı olaraq bu və ya digər şəraitlərdə özünü büruzə verir. Yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün birinci növbədə nəqliyyat vasitələrinin konstruksiyası təhlükəsiz olmalıdır. Təhlükəsiz konstruksiyalı nəqliyyat vasitəsi qəza vəziyyəti yarandıqda vəziyyətdən və ya qəzadan az mənfi nəticələrlə çıxa bilər. Yol nəqliyyat hadisəsi nəqliyyat vasitəsinin hərəkət rejiminin pozulması nəticəsində baş vermiş ölüm, yaralanma və maddi ziyanla nəticələnmiş yol hadisəsidir. Müşahidələr göstərir ki, yol nəqliyyat hadisələrinin başvermə səbəblərinin əksəri vaxt çatışmazlığı ucbatından yaranır. Belə ki, sürücü hadisənin yaranma məqamını görsə də qəbul etdiyi qərarı yerinə yetirə bilmir, daha doğrusu buna vaxt çatmır. Təcrübə göstərir ki, baş verən yol nəqliyyat hadisələrinin əksəriyyətində yol şəraitinin sürücüyə təsir yükü onun imkanlarından daha çox olur. Ona görə də o hadisədən qaça bilmir.
Nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi onun konstruktiv xüsusiyyətlərindən asılı olub onun konstruktiv təhlükəsizliyi ilə müəyyən olunur.
Dostları ilə paylaş: |