Avtomobilin konstruktiv təhlükəsizliyi (konstruksiyasının təhlükəsizliyi) onun layihələndirilməsi və yeni modelin yaranması və həm də istehsalı zamanı təmin edilir. Konstruktiv təhlükəsizlik aktiv, passiv, qəzadan sonrakı və ekoloji təhlükəsizliyə bölünür (şəkil 1).
Avtomobilin təhlükəsizliyinin ümumi tədqiqi (BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən) göstərir ki, konstruktiv təhlükəsizliyin təmin olunmasında ayrı-ayrı təhlükəsizlik növlərinin payı aşağıdakı kimidir:
aktiv təhlükəsizlik – 44...49%;
passiv təhlükəsizlik – 23...26%;
ekoloji təhlükəsizlik – 14...15%;
qəzadan sonrakı təhlükəsizlik – 9...10%.
Dostları ilə paylaş: |