Qəzadan sonrakı təhlükəsizlikdedikdə qəzanın son fazasında hadisə iştirakçıları tam dayandıqdan sonra baş verə biləcək yeni hadisələrin qarşısının alınmasına və ya ağırlığının azaldılmasına yönəldilmiş kompleks tədbirlər sistemi başa düşülür. Qəza hadisəsində insanların evakuasiyasına mane törədilməməsi, evakuasiya zamanı əlavə zədələrə səbəb olmaması və bundan sonra da zədədən təcrid prosesi NV-nin əsas xassəsi hesab olunur. Qəzadan sonra avtomobil aşa və ya alışa bilər. Alışma ehtimalı ~0,03...1,2 % -dir, lakin bu hadisənin ağırlığı da böyük olur, avtomobil tam dağılır, insanların ölüm sayı artır. Yanacaq çəni mühərrikdən uzaqda yerləşdirilir, yanğın təhlükəsi olmayan yanacaq çənlərindən istifadə olunur, qapıların qəzadan sonra asan açıla bilməsi nəzərə alınır, lyuk, çıxarılabilən şüşələr nəzərdə tutulur və s.