Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə89/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   85   86   87   88   89   90   91   92   ...   154
Gündəlik qulluğun əsas vəzifəsi hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından avtomobilin ümumi texniki vəziyyətini nəzərdən keçirmək, xarici görünüşünü estetik cəhətdən normal səviyyədə saxlamaq və onu istismar materialları ilə təmin etməkdir. GQ işlərinin əsasını yığışdırma, yuma və qurutma əməliyyatları təşkil edir. Bu işlər avtomobilin kabinəsində, kuzovunda, kapotun altında və ümumiyyətlə bütün avtomobildə yerinə yetirilir.

TQ-1 və TQ-2 işlərinin aparılmasında məqsəd avtomobilin aqreqat və mexanizmlərinin texniki vəziyyətlərini qiymətləndirən parametrlərin dəyişmə xarakterini aşağı salmaqdır. Bunun üçün müəyyən yürüşlərdən sonra avtomobildə profilaktik xarakterli texniki təsirləri yerinə yetirməklə gələcəkdə baş verəcək imtinaların və nasazlıqların qarşısı qabaqcadan alınır. Texniki qulluq zamanı avtomobildə aparılan işlərin sayı çoxdur. Bu işlər öz xarakterlərinə, istifadə edilən avadanlığa və yerinə yetirilmə şəraitlərinə görə aşağıdakı qruplara bölünür:

a) yığışdırma, yuma və qurutma (xarici qulluq) işləri;

b) diaqnostika və nizamlama işləri;

c) elektrotexniki işlər;

d) bərkitmə işləri;

e) yağlama işləri;

f) şin işləri;

g) avtomobilin istismar materialları ilə (xüsusən yanacaqla) təchiz olunma işləri.

Avtomobilin texniki vəziyyətinin diaqnostikası texniki qulluğun əsas elementlərindən biri olduğu üçün onun yerinə yetirilməsi imtinaların və nasazlıqların vaxtında aşkar edilib aradan qaldırılması baxımından mühüm rol oynayır.

Diaqnostikaavtomobilin, onun aqreqat, mexanizm və sistemlərinin sökülmədən texniki vəziyyətinin müəyyən olunmasıdır.

TQ-2 işlərinin həcmi TQ-1 işlərinin həcmindən xeyli böyükdür. TQ-1 işləri 3 – 4 min km-dən, TQ-2 işləri isə 12 – 16 min km yürüşdən bir aparılır.

Müasir minik avtomobillərində TQ-lar arası yürüş normaları və hər qulluq zamanı görüləcək işlər istehsalçı zavod tərəfindən tövsiyə edilir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin