Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə91/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   87   88   89   90   91   92   93   94   ...   154
Fərdi təmir üsulu adətən kiçik təmir müəssisələrində yerinə yetirilir. Burada yeyilmiş, zədələnmiş və müxtəlif səbəblərdən nasaz vəziyyətə düşmüş hissə, qovşaq və aqreqatlar avtomobilin üzərindən çıxarılır, bərpa edilir və müəyyən quraşdırma-nizamlama işləri aparıldıqdan sonra yenə öz yerinə quraşdırılır.

Aqreqat təmir üsulunda yararsız hala düşmüş hissə, qovşaq və aqreqatlar avtomobilin üzərindən çıxarılaraq və təzə və ya təmir edilən ilə əvəz edilir. Bu məqsədlə nasaz məmulatlar (hissə, qovşaq və aqreqatlar) dəyişmə fonduna təhvil verilir, əvəzində isə işə yararlı olanlar (təzə və ya təmir edilən) qəbul edilir. Nasaz məmu­latlar, təmir edilmək üçün dəyişmə fondu vasitəsilə müvafiq təmir müəssisələrinə göndərilir.

Avtomobillərin texniki xidmət (qulluq) və təmiri bu işlərin icra edilməsi üçün lazım olan qaldırıcı-nəqledici mexanizmlər, cihazlar, tərtibat və inventarlarla təchiz edilmiş və bunun üçün xüsusi ayrılmış postlarda aparılmalıdır. Texniki xidmət və ya təmir postlarına yönəldilən avtomobillər palçıqdan, qardan və buzdan təmizlənmiş və yuyulmuş olmalıdır.

Döşəməüstü texniki xidmət və ya təmir postuna yerləşdirilmiş avtomobil təkərlərinin altında ən azı iki dayaq yerləşdirmək və duracaq tormozuyla tormozlamaq yolu ilə etibarlı bərkitmək lazımdır. Bu halda ötürmələr qutusunun dəstəyi ən aşağı ötürülməyə uyğun vəziyyətdə (mexaniki ÖQ-su üçün) və ya parking vəziyyətində (avtomatik ÖQ-su üçün) olmalıdır. Benzin mühərrikli avtomobillərdə alışmanı söndürmək, dizel mühərrikli avtomobillərdə isə − yanacaq verilişini kəsmək lazımdır. Avtomobilin sükan çarxına "Mühərriki işə salmaq olmaz, təmir aparılır" xəbərdaredici yazılı lövhəcik asmaq lazımdır.

İşçi vəziyyətdə hidravlik qaldırıcının plunjerini, qaldırıcının özbaşına düşməsinin qarşısını alan dayaqla etibarlı fiksə etmək lazımdır.

Avtomobillər axın xətti ilə hərəkət edən texniki xidmət zonalarında, xətdə işləyən fəhlələri avtomobilin postdan-posta hərəkəti haqda xəbərdar etmək üçün işıq və səs siqnalizasiyası olmalıdır, bundan başqa hər postda qəza dayanma siqnalı yerləşdiriliməlidir.

Texniki xidmətin və ya təmirin texnoloji prosesinə görə mühərrikin işi lazım olan hallar istisna olmaqla, avtomobilin texniki xidmət və təmiri işləməyən mühərrikdə aparılmalıdılır.

Dirsəkli valın və kardan vallarının fırladılması ilə bağlı işlər görüldükdə benzin mühərrikli avtomobillərdə alışdırmanın, dizel mühərrikli avtomobillərdə isə yanacaq verilişinin keçirilməsini yoxlamaq, ötürülmələr qutusunun pillələri dəyişmə lingini neytral vəziyyətə qoymaq və əl tormozunun lingini buraxmaq lazımdır. Lazımi işlər görüldükdən sonra əl tormozunu çəkmək və yenidən ən aşağı ötürməni (avtomatik ÖQ-da parking) qoşmaq lazımdır.

Maye dolu detalı və aqreqatları, mayeni tam boşaltdıqdan sonra avtomobilindən çıxartmaq olar. Əgər aqreqatların və detalların çıxarılması böyük fiziki gərginlik tələb edir, işdə narahatlıqlar yaradırsa, tərtibatlardan istifadə etmək lazımdır. 20 kq-dan ağır aqreqatları (mühərrik, ötürmələr qutusu, arxa və qabaq körpülər) çıxartmaq, nəql etmək və quraşdırmaq üçün işlərin tam təhlükəsizliyini təmin edən tutacaqlarla təmin edilmiş qaldırıcı-nəqledici mexanizmlərdən istifadə edilməlidir.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin