Avtomobillərin konstruksiyasına olan tələblərdən biri onun yanğına qarşı təhlükəsiz olmasıdır. Bunun üçün avtomobillərin yanacaq çənləri hermetik olmalı, aşma zamanı hətta 360° aşdıqda belə çənlərdən, onların qapaqlarından yanacaq axmamalıdır. Bundan başqa yanacaq ötürücü borular, şlanqlar, süzgəclər etibarlı olmalı, zədələnmə, çat, axma verməməlidirlər. Avtomobil arxası üstə aşdıqda belə karbürator içərisindəki yanacaq xaricə tökülməməlidir.
Yanğına qarşı avtomobilin konstruksiyası nə qədər təkmilləşdirilmiş olsa da belə, bir sıra hallarda qəzalar yanğınla nəticələnə bilir. Belə hallarda az itki ilə qəzadan qurtarmaq üçün hər bir maşında bir qayda olaraq «Apteçka» dərman və yanğın söndürən qurğu «Odsöndürən» olması vacibdir.
Odsöndürən saz vəziyyətdə, doldurulmuş olmalı, o rahat və ələ rahat çatan yerdə qoyulmalıdır ki, sürücü onu yanğın hallarında tez və rahat götürə bilsin və istifadə edə bilsin.
Nəqliyyat vasitələrinin yanğına qarşı təhlükəsizliyi Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının 34 №-li Qaydalarındakı tələblərə uyğun olmalıdır. Bu sənədə görə hərəkət edən nəqliyyat vasitəsi 13 m/s sürətlə tərpənməz maneə ilə toqquşduqda, 9 m/s sürət ilə digər nəqliyyat vasitəsi ilə vurulduqda çənin ağzından və boğazından yanacaq axma olmamalıdır.
Konstruksiyada yanacaq çəni salondan aralanmalı, onların arasında yanmayan möhkəm arakəsmə olmalı və yanacaq sisteminin elementləri: çən, şlanqlar, borular və s. gövdə ilə birləşməni mühafizə edən örtük və ya digər maneə olmalıdır. Bütün yanacaq ötürmə sistemi konstruksiyada müdafiə olunan yerlərdən keçməlidir. Yanacaq ötürmə boruları salonun içindən keçməməlidir. Yanacaq ötürmə boruları və mühərriki qidalandırma elementləri mexaniki zədələnməyə və yanmaya qarşı davamlı materiallardan hazırlanmalıdır. Onlar elektrostatik yüklə yüklənmə qabiliyyətinə malik olmalıdırlar.
Dostları ilə paylaş: |