Avtomobildə yanğın baş verərsə bunları bilmək lazımdır: əgər avtomobil hərəkət zamanı yanmağa başlayıbsa, o zaman maşını dayandırmaq və mühərriki söndürmək lazımdır. Sərnişinlər dərhal avtomobili tərk etməli, təcili yanğınsöndürmə xidmətinə zəng vurmalı, əgər təhlükə gözlənilmirsə maşında olan ilk yanğınsöndürmə vasitəsilə yanğını söndürmək lazımdır. Avtomobilin mühərrik hissəsində yanğın baş veribsə, o zaman sudan istifadə etmək olmaz. Çünki bu elektrik naqillərində qısa qapanmaya, həmçinin yanğının yayılmasına səbəb ola bilər. Digər tərəfdən benzin yanarkən onu su ilə söndürmək mümkün olmur, ya köpüklü odsöndürəndən istifadə edilməlidir, ya da odun üstü çətin yanan materialla örtülməlidir. Əgər avtomobil qarajda yanarsa, bu zaman onu açıq əraziyə çıxarmaq lazımdır. Əgər qarajın özünün konstruksiyası yanarsa yenə də avtomobili oradan çıxarmaq lazımdır. Bundan əlavə qarajda olan alışqan və sürtgü yağı olan qabları da götürmək lazımdır.