İlkin yanğınsöndürmə vasitələrinə yanğınsöndürmə balonları, yanğın söndürmə şitləri, yanğınsöndürmə şlanqları, yerüstü və yeraltı hidrantlar, bütün növ stasionar və səyyar odsöndürücülər, toz halında maddələr (qum, perlit) doldurulmuş yeşiklər, eləcə də odadavamlı materiallar və parçalar – asbest, koşma, keçə və s. daxildir. Bu cür mühafizə vasitələrini yanğın mənbəyinin üstünə atdıqda o tezliklə sönür (oksigenin çatışmamazlığı səbəbindən).
İlkin yanğınsöndürmə vasitələri asan əlçatan yerlərdə saxlanılmalı və insanların evakuasiyasına mane olmamalıdır. Onların yerləşdirilməsi üçün istehsalat binalarında xüsusi yanğın şitləri quraşdırılır.
Dostları ilə paylaş: |