Ekologiyanın tədqiqat predmeti bioloji makrosistemlər (növlər, biosenozlar) və onların zaman və məkan üzrə dinamikasıdır.
Ekologiyanın tədqiqat obyektləri. Hazırda ekologiya elmi inkişaf edərək elmin müxtəlif sahələrini əhatə edir, bu baxımdan ekologiya nəzəri (ümumi) və tətbiqi ekologiya bölünür. Ümumi ekologiya canlı və cansız təbiətin ümumi qanunlarını öyrənir, tətbiqi ekologiya isə canlı orqanizmlər və ətraf mühitin qarşılıqlı təsiri qanunauyğunluqlarını öyrənməklə yanaşı baxılan həyat fəaliyyəti mühitində onlara insanın təsirini: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tibb, sosial və s. nəzərə alır.