Nəqliyyat ekologiyasının məsələləri. Nəqliyyat ekologiyası tətbiqi ekoloji elmlər kompleksinə daxildir və onun məsələlərinin aşağıdakı spesifik istiqamətləri var:
nəqliyyatın ətraf mühitə təsir xarakterinin və miqyaslarının müəyyən olunması;
nəqliyyatın fəaliyyəti zamanı ətraf mühitin qorunması strategiyasının işlənməsi;
nəqliyyatın ekologiyasının perspektiv inkişaf istiqamətlərinin müəyyən olunması;
nəqliyyatda ekoloji fəaliyyətin idarə olunması məsələlərinin tədqiqi.
24. ATMOSFER HAVASININ MÜHAFİZƏSİ
Atmosfer (yunan sözləri atmos − buxar və spháira − sahə) Yerin ətrafında, onunla birlikdə fırlanan hava mühitidir. Atmosfer torpaq altında, torpaqda və onun üstündəki havanı da əhatə edir. Atmosferin ən böyük sıxlığı Yer səthindədir, burada 1 kub metri 1290 qrama yaxındır. Hündürlük artdıqca onun sıxlığı sürətlə azalır və Yerin səthindən 20 km hündürlükdə 1 kub metri 90 qram, 40 km-də isə yalnız 4 qram gəlir.
Atmosferdə yer səthi yaxınlığında (həcmcə) 78,1% azot, 20,9% oksigen, 0,9% arqon, 0,03% karbon qazı, hidrogen və təsirsiz qazlar var. Atmosferin aşağı qatlarında 20 km hündürlüyə qədər su buxarları da olur (yer səthində tropiklərdə 3%-dən, Antarktidada 2∙10-5 %-ə qədər). Hündürlük artdıqca su buxarının miqdarı sürətlə azalır. Qaz tərkibi 100 – 110 km-ə qədər demək olar ki, dəyişməz qalır.
Atmosfer havası – çox vacib təbii resursdur. Onun vəzifəsi – insanları, heyvanları və bitki aləmini həyati əhəmiyyətli qaz elementləri ilə (oksigen, karbon qazı) təmin etmək; temperatur dəyişmələrini azaltmaq (hava – isti və soyuğu pis keçirir); yer səthini kosmik, radioaktiv və ultrabənövşəyi günəş şüalanmasından, meteorit və digər kosmik cisimlərdən qorumaq, istehsalat proseslərini oksigen, azot, hidrogen və neytral qazlarla təmin etməkdir.
Atmosferə zərərli və zəhərli maddələr 2 mənbədən düşür: təbii və antropogen mənbələr.
Havanın çirklənməsinin təbii səbəbləri:
kosmik toz;
vulkanların fəaliyyəti;
küləyin torpağa və dağ mədənlərinə təsiri.
insanın təsirilə əmələ gələn səbəblər:
sənaye müəssisələri tərəfindən havaya atılan tullantılar;
nəqliyyat vasitələrindən atılan tullantılar;
iqlimin kəskin dəyişiklikləri;
atmosferin ozon qatının dağılması və s.
Zərərli maddələrin yaratdığı problemlər planetin atmosferinə göstərdiyi təsirin miqyasına görə 2 qrupa bölünür: qlobal və lokal.
Dostları ilə paylaş: |