Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Atmosferdə yaranan qlobal problemlər



Yüklə 1,31 Mb.
səhifə125/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   121   122   123   124   125   126   127   128   ...   154
Atmosferdə yaranan qlobal problemlər: ozon dəlikləri, istixana effekti, turş yağışlar və atmosferin radioaktiv çirklənməsidir.

Ozon dəlikləri. Ozon oksigenin izotopu (O3) olub güclü oksidləşdirici xassəyə malikdir. Ozon atmosferdə Günəşin ultrabənövşəyi şüalanması nəticəsində yaranır. Fotokimyəvi reaksiya nəticəsində molekulyar O2 atomar O ilə birləşir, bu proses fotoliz adlanır. Ozonun 90%-ə qədəri atmosferdə 10 – 17-dən 50 km-ə qədər (en dairəsi və ilin mövsümlərindən asılı olaraq) hündürlükdə yerləşir. Atmosferin bu təbəqəsi ozon qatı və ya ozonosfer adlanır.

Ozon təbəqəsi ultrabənövşəyi şüalanmanı, rentgen, qamma və kosmik radiasiyanı tam udur, beləliklə də bizim planetdə yaşayan canlı orqanizmləri ultrabənövşəyi şüaların öldürücü təsirindən qoruyur.

Son illər atmosferdə ozon qatı nazikləşir, yer səthində isə əksinə artır. Bu atmosferə zərərli maddələrin atılması ilə bağlıdır. Onlar soyuducuların və aerozol quruluşlarının işi, mineral gübrələrdən istifadə, nəqliyyatın hərəkəti, xüsusən səsdən sürətli təyyarələrin uçuşu, nüvə silahlarının sınağı, vulkanların püskürməsi və başqa hallarda baş verir. Ozon dağıdıcı maddələrə xlor və brom birləşmələri, freonlar aiddir. Böyük hündürlüyə qalxaraq bu maddələr Günəş şüalarının təsiri ilə parçalanır, xlor və brom atomları ozonla reaksiyaya girir və ozon qatını dağıdır. Bu maddələrin atmosferdə qalma müddəti 50 – 200 ildir. Ozon qatının dağılmasına işlənmiş qazların tərkibində olan N2O-da təsir edir.

Ozon «dəlikləri» daha tez-tez baharda qütb dairəsi yaxınlığındakı ərazilərdə görünür. Ozon qatının dağılmasının qarşısını almaq üçün müxtəlif texniki layihələr vardır. Bunlardan praktiki cəhətdən ən səmərəlisi ozon dağıdan kimyəvi maddələrdən məsələn, freonlardan istifadə olunmamasıdır.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin