Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


İşlənmiş qazların zəhərliliyinin azaldılması



Yüklə 1,31 Mb.
səhifə129/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   125   126   127   128   129   130   131   132   ...   154
İşlənmiş qazların zəhərliliyinin azaldılması müxtəlif təşkilati-hüquqi, texniki, istismar tədbirləri ilə həyata keçirilir. Təşkilati-hüquqi tədbirlər ekoloji təhlükəsizlik üçün müasir ekoloji qanunvericiliyi və normativ-hüquqi bazanı yaratmaq və bu normativlərə əməl edilməsi üçün dövlət, inzibati və ictimai nəzarət tədbirlərini əhatə edir. BMT çərçivəsində nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq Avropa İqtisadi Komissiyasının (AİK BMT) Ekoloji Siyasət Komitəsinin tələblərini yerinə yetirməyi nəzərdə tutur. İşlənmiş qazların zəhərlilik tələbləri AİK BMT-nin 49 №-li Qaydasında nəzərdə tutulur. Tələblər benzin və dizel mühərriklərinin işlənmiş qazlarının tərkibində olan əsas zəhərli komponentləri məhdudlaşdırmağı nəzərdə tutur. Bu Qaydalarla nəzərdə tutulan tədbirlər sayəsində 1990-cı illə müqayisədə hazırda avtomobillərdən atılan tullantıların miqdarı komponentlər üzrə: СН – 81 %, NOx – 86 %, СО – 87 % və bərk hissəciklər 97 % azalıb.

Qəbul edilmiş normalara əməl edilməsi üçün avtomobil konstruksiyaları təkmilləşdirilir, işlənmiş qazların təmizlənməsi üçün neytrallaşdırıcılardan, his süzgəclərindən istifadə edilir, yanacağa aşqarlar qatılır.

İşlənmiş qazların neytrallaşdırıcısı mühərrikin konstruksiyasında ciddi dəyişiklik edilmədən əlavə avadanlıq kimi xaric etmə yoluna asan qoşulur və xarici ekoloji təmizlənməni təmin edir. İşlənmiş qazların zəhərliliyinin azaldılmasının aşağıdakı üsulları var: termiki, katalitik, mayeli və kombinəedilmiş neytrallaşma.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin