Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Termiki (oksidləşdirici) neytrallaşma



Yüklə 1,31 Mb.
səhifə130/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   126   127   128   129   130   131   132   133   ...   154
Termiki (oksidləşdirici) neytrallaşma yanmayan karbohidrogenlərin və dəm qazının xaricetmə kollektorundan sonra xüsusi termik kamerada elektrotermik yandırılmasına və alovun güclü elektrik sahəsi ilə emalına əsaslanır.

Katalitik neytrallaşdırıcı oksidləşmə reaksiyaları ilə bərabər bərpaedici reaksiyaları – azot oksidlərinin ilkin maddələrə – oksigen və azota parçalanmasını təmin edir.

Oksidləşdirici və bərpaedici reaksiyalarda katalizator kimi platin, palladium, rodium kimi nəcib metallar istifadə edilir. Katalizator kimi mis, manqan, nikel, xrom və digər nisbətən ucuz oksidləşdirici katalizatorlardan da istifadə etmək olar, lakin bunlar kiçik uzunömürlülüyə və səmərəliliyə malikdirlər. Buna görə də 70…90% təmizləmə effekti verən platin-palladium kimi nəcib metallar əsasında hazırlanmış katalizatorlar daha geniş istifadə edilir. Bu katalizatorlar avtomobil nəqliyyatında daha geniş istifadə edilir. Rodium neytrallaşdırıcıda NOx-in bərpa reaksiyalarının sürətlənməsini təmin edir.

Katalizatorlar neytrallaşdırıcının gövdəsində yerləşdirilmiş neytral cismin – daşıyıcının üstünə aktiv katalitik təbəqə çəkilmiş cihazdır (şəkil 1). Daşıyıcı blok poladdan və ya keramikadan hazırlanır. Blok gövdəyə elastik birləşdirilir.

Katalitik neytrallaşdırıcı etilli benzinlə işləyə bilmir (qurğuşun və kükürd katalizatorları tez sıradan çıxarır).




Şəkil 1. Katalitik neytrallaşdırıcının prinsipial sxemi

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin