Süzgəclər və xüsusi tutqaclar dizel mühərriklərində xaricetmə sistemində işlənmiş qazların tərkibində bərk hissəciklərin tutulmasına kömək edir. Süzgəclərdə his və başqa bərk hissəciklər süzgəc elementindən keçdikdə və ya onların mərkəzdənqaçması hesabına tutulur. Xüsusi tutqaclarda bərk hissəciklərin mərkəzdənqaçması ilə yanaşı elektrik sahəsi yaradılır. MAN firmasının teflon örtüklü keramik süzgəci hisin və bərk hissəciklərin 85 – 95 %-ni tutur. «SCR» tipli dizellərdə işlənmiş qazların neytrallaşdırma sistemində ammonyak maddəsindən istifadə edilir.
Yanacağa əlavə olunan aşqarlar iki qrupa bölünür: yanmanı intensivləşdirən və tüstüyə qarşı. Dizel yanacaqları üçün yanmanı intensivləşdirən-aşqarlar (oksigen olan) setan ədədini artırır və soyuq mühərrik işlədikdə yaranan açıq tüstünün miqdarını azaldır. Aşqar kimi metilasetat, asetonperioksid və s. istifadə oluna bilər. Onları setan ədədi aşağı olan dizel yanacağına əlavə etmək məqsədəuyğundur.
Tüstüyə qarşı aşqarlar qara tüstünün (hisin) azaldılması üçün istifadə edilir, onlar demək olar ki, dizellərdə dəm qazının ayrılmasına təsir etmir, lakin aldehidlərin, benz(a)pirenin ayrılmasını xeyli azaldır, hisin yanmasını sürətləndirir.
Havanın çirklənməsinin qorunmasının digər tədbirləri iqtisadi, memarlıq-planlaşdırma, istismar tədbirlərini nəzərdə tutur. İnkişaf etmiş ölkələrdə fiziki və mənəvi cəhətdən köhnəlmiş avtomobillərin istismarını məhdudlaşdırmaq üçün belə avtomobillərə tətbiq olunan vergilər artırılır. Tələblərdə benzin və dizel mühərriklərinin işlənmiş qazlarında əsas zəhərli komponentlərin miqdarı məhdudlaşdırılır.
Dostları ilə paylaş: |