Mexaniki təmizləmə metodu istehsalat, təsərrüfat-məişət, üzən bərk qarışıqlar olan səthi sular, asılmış hissəciklər, neft məhsulları və s. üçün tətbiq olunur.
Bioloji təmizləmə metodu mexaniki təmizləmədən sonra xüsusilə effektivdir. Bu üsulda oksidləşmə prosesi üçün lazım olan böyük miqdarda hava verilməsi şəraitində çirkab sularındakı üzvi qarışıqlara mikroorqanizmlər təsir edir.
Fiziki-kimyəvi metod kiçik hissəciklərə parçalanmış kolloid qatışıqların təmizlənməsi üçün yararlıdır. O flotasiya, neytrallaşdırma, ekstraksiya, sorbsiya, ozonlaşdırma, deqazasiya və s. proseslərinə əsaslanır. Nəqliyyat müəssisələrində flotasiya – neft məhsullarının və digər emulsiya olunmuş çirkləndiricilərin suyun dərinliklərinə üfürülən hava qabarcıqlarına yapışaraq köpük şəklində səthə çıxması, geniş istifadə edilir.
Flotasiya prosesi durulmadan bir neçə dəfə sürətlə gedir və daha effektiv sayılır.
Dostları ilə paylaş: |