Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə137/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   133   134   135   136   137   138   139   140   ...   154
27. TORPAĞIN EKOLOGİYASI

Torpaq yer kürəsinin üst münbit qatıdır. Torpaq orqanizmlərin su təchizatını və mineral qidalanmasını təmin edir. Torpaq əvəzolunmaz təbii resursdur. Torpaqda müxtəlif fiziki, kimyəvi, bioloji proseslər baş verir. O çoxsaylı canlı orqanizmlərin yaşayış yeridir. İnsan fəaliyyətinin tullantıları, heyvanların cəmdəyi, bitki orqanizmləri torpağa daxil olur.

Azərbaycan torpaq ehtiyatları ilə zəif təmin olunmuş ölkələr sırasındadır. Respublikada torpaq fondunun təxminən 49%-i kənd təsərrüfatı üçün yararlı torpaqlardır. Bundan başqa respublika ərazisinin 36 %-i müxtəlif dərəcədə eroziyaya məruz qalıb. Ona görə də qanunvericilikdə göstərilir ki, torpaqda meliorativ, eroziyaya qarşı mübarizə və digər tədbirlər həyata keçirildikdə müəyyən olunmuş ekoloji təhlükəsizlik normativləri və ətraf mühitin mühafizəsi nəzərə alınmalıdır.

Torpağın vacib xüsusiyyəti münbitliyidir, bu isə torpağın üst qatının (humusun miqdarından) olmasından asılıdır. Torpaq bərpa olunmayan, düzgün istifadə edildikdə tükənməyən resurs sayılır. Torpağın formalaşması üçün torpaq əmələ gətirən elementlərin və xüsusən mikroorqanizmlərin minillik qarşılıqlı təsiri lazımdır. Onların fəaliyyətinin təsiri altında dağ süxurlarının torpağa çevrilməsi və münbitliyinin formalaşması ilə bağlı proseslər gedir. Torpaq qatının qalınlığı orta hesabla 18…20 sm olmaqla, bir neçə millimetrdən 2…3 m-ə qədər olur.

Humus – bitki və heyvan qalıqlarının bioloji parçalanması nəticəsində yaranan üzvi maddədir, o torpağın üst qatında toplanır. Bitkilərin əsas qidalanma mənbəyidir. Humusda eyni zamanda mikroelementlər də toplanır. Torpaq istismar olunduqda humusun miqdarı azalır, buna görə də müxtəlif gübrələr əlavə olunmalıdır.

Mexaniki tərkibi torpağın vacib fiziki xüsusiyyətidir, tərkibinə görə qum, yarım-gil və gil torpaqlar fərqləndirilir. Sıxlıq, hava keçiricilik və su rejimi mexaniki tərkibdən asılıdır. Torpağın fiziki-mexaniki göstəriciləri hərəkət etmə, heyvanların yaşayış şəraiti və bitkilərin boyatma spesifikasını müəyyən edir.

Torpağın kimyəvi tərkibi:


  • 50%-ə qədər – SiO2 (silisium 4 oksid);

  • 25%-ə qədər – Al2O3 (giltorpaq);

  • 10%-ə qədər – dəmir oksidləri;

  • digərləri – Ca, K, Mg, P və s.

Torpağın dağılması təbii və antropogen səbəblərdən baş verir. Təbii səbəblər vulkanlar, torpaq sürüşmələri, zəlzələlər və s.

Antropogen təsirin əsas növləri aşağıdakılardır:


  • torpağın eroziyası;

  • torpağın çirklənməsi.

Torpaqlarda külli miqdarda gübrələrdən, zəhərli kimyəvi maddələrdən istifadə olunması, səhralaşma, sənaye və kommunal tikinti onun çirklənməsinə səbəb olur. Gübrələrin həddindən artıq verilməsi torpağın strukturunu pozur, onun eroziyaya qarşı davamlılığını aşağı salır. Gübrənin tərkibində çoxlu zərərli maddələr də var. Bu maddələr torpağın məhsuldarlığını çoxaltsa da, onu çirkləndirir. Çox gübrə verilmiş torpaqda bitən meyvə-tərəvəzi yemək təhlükəlidir. Bu, insanlar arasında çoxlu xəstəlik yaradır.

Bu gün bütün insanlar torpaqlarının çirklənməsinin qarşısını almaq üçün yollar axtarırlar. Alimlər zəhərli gübrələri əvəz edə bilən təbii-bioloji gübrə növləri tapmaq istəyirlər.

Torpağın məhsuldarlığının azalması əsasən aridləşmə və erroziya nəticəsində baş verir. Aridləşmə – torpağın nəmliyinin azalması, eroziya – külək, su, texniki təsir nəticəsində torpağın üst münbit qatının dağılmasıdır.

Eroziya nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 20-40% aşağı düşür. Eroziyanın mənfi təsiri bununla bitmir. Torpağın üst hissəsində yarğanlar, çökəkliklər əmələ gəlir ki, bu da torpağın becərilməsini və məhsul yığımını çətinləşdirir. Eroziya bitkilərin qidalandığı sahəni məhv etməklə bitkilərə, heyvanlara mənfi təsir göstərərək yaranmış bioloji tarazlığı pozur.

Yüksək aqrotexniki tədbirlərdən istifadə etməklə eroziyanın zərərli təsirini minimuma endirmək olar. Eroziyaya qarşı mübarizə üçün düzgün aqrotexnikadan istifadə etmək vacib şərtdir. Meşə qoruyucu zolaqlar salmaq, torpağı çevirmədən şumlamaq, selə qarşı qoruyucular qurmaq eroziyaya qarşı mübarizə tədbirləridir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin