Səs-küyün uzunmüddətli təsiri insanın eşitmə qabiliyyətinə və sağlamlığına mənfi təsir edir. Səs-küyün uzun müddətli təsirinə xəstəliklərin artmasına səbəb olan faktor kimi baxılır.
Nəqliyyat səs-küyünün səviyyəsinə təsir edən amillər. Şəhərlərdə əsas səs-küy mənbəyi nəqliyyatdır və onun səs-küylə təsiri daim artır. Səs-küyün təsirinə bir çox amillər təsir edir:
nəqliyyat axınının intensivliyi;
nəqliyyat axınının sürəti;
nəqliyyat axınının tərkibi;
mühərrikin tipi;
yol örtüyünün tipi və keyfiyyəti;
ərazinin planlaşdırma həlli;
yaşıl əkililər.
Vibrasiya (latınca vibratio − rəqs, titrəyiş) – yüksək tezlikli, kiçik amplitudlu mexaniki rəqslərdir. Yaranma mənbəyinə görə vibrasiyaların aşağıdakı növləri qəbul edilib:
nəqliyyat vibrasiyaları – nəqliyyat vasitələrinin yollarda və ərazilərdə hərəkəti zamanı yaranır;