HFT elminin məqsədi yaşayış mühitində insanın təhlükəsizliyinin təmin edilməsidir. Şəkil 1-də verilən sxemdə HFT elminin məqsədi yaxşı təsvir olunub.
Şəkil 1. “Həyat fəaliyyətinin təhlükəsizliyi”nin məqsədi və məsələləri
Biliklər sistemi kimi HFT-nin tədqiqat obyekti mühit və ya insanın yaşayış şəraitidir. Mənşəyinə görə bu mühiti istehsal və qeyr-istehsal mühitinə ayırırlar. İnsanın yaşayış mühitini təşkil edən bütün amillər HFT-nə təsir edir. Buna görə də yaşayış mühitini öyrənərkən HFT elmi bu amillərin insana təsirini həm ayrılıqda, həm də birlikdə öyrənməlidir.