Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Həyat fəaliyyətinin təhlükəsizliyi kursu bir-biri ilə qarşılıqlı əlaqəli bir neçə blokdan ibarətdir



Yüklə 1,31 Mb.
səhifə3/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   2   3   4   5   6   7   8   9   ...   154
Həyat fəaliyyətinin təhlükəsizliyi kursu bir-biri ilə qarşılıqlı əlaqəli bir neçə blokdan ibarətdir:

  • əməyin mühafizəsi;

  • ətraf mühitin qorunması;

  • ekoloji təhlükəsizlik;

  • fövqəladə hallarda mülkü müdafiə və təbii fəlakətlərin nəticələrinin ləğvi.

İnsan üçün ətraf mühitin bütün sahələrində baş verə bilən fövqəladə hallar xüsusi ilə böyük təhlükə yaradır.

Əmək mühafizəsi – əmək fəaliyyəti prosesində işçilərin təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edən, hüquqi, sosial-iqtisadi, təşkilati-texniki, sanitar-gigiyenik, müalicə-profilaktik və reabilitasiya tədbirlər sistemdir.

Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar respublikanın bütün ərazisində əmək fəaliyyəti prosesində əməyin mühafizəsi, həyatın və sağlamlığın qorunması hüququna malikdirlər.

Əməyin mühafizəsi geniş və dar mənalarda nəzərdən keçirilir. Geniş mənada əməyin mühafizəsi dedikdə işçilərin bütün əmək hüquqlarının qanunla qorunması başa düşülür. Dar mənada əməyin mühafizəsi dedikdə isə işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsində və digər normativ – hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena müalicə-profilaktika tədbirləri normaları və standartları sistemi başa düşülür.

Əmək mühafizəsi işçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün ictimai-iqtisadi, texniki, gigiyenik və təşkilati tədbirlər sistemindən ibarətdir. Əməyin mühafizəsi dedikdə hər zaman işlədilən və bir-biri ilə bağlı üç əsas məfhum – müəssisə, işçi və işəgötürən anlayışlarına rast gəlinir.



Müəssisə – mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.

İşəgötürən – təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işçilərlə fərdi əmək müqaviləsini bağlamaq, ona xitam vermək yaxud onun şərtlərini dəyişmək hüququna malik mülkiyyətçi və ya müəssisə rəhbəri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin