Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır. Süzücü əleyhqazlar zəhərli qazların konkret növlərindən qoruyur. Onların quruluşu – içərisində tüstü əleyhinə süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. İnsan əleyhqaz qutusunda süzülən hava ilə nəfəs alır.
Təcridedici əleyhqazlar – insan ətraf hava mühitindən asılı olmayan tənəffüs üçün yaralı hava və ya qaz qarışığı ilə təmin edilir. Təcridedici əleyhqazlara avtonom tənəffüs aparatları (burada kimyəvi oksigen mənbəyi və karbon qazı uducu və ya sıxılmış hava və ya qaz balonları və s. istifadə olunur) və şlanqlı respiratorlar (burada maskanın altına çirklənməmiş mənbədən şlanqla hava verilir) aiddir.
a b
Şəkil 1. a – süzücü, b – izoləedici oksigen əleyhqazı