Havanın temperaturu. İstehsalat binalarında havanın temperaturu istehsalat mənbələrindən, işləyən adamlardan ayrılan istilikdən, bina konstruksiyalarının istilikkeçirmə qabiliyyətindən və binanın daxilindəki ventilyasiyadan asılıdır.
Ətraf mühitin temperaturu 30 °C-yə qədər olduqda insan bədəninin səthindən istiliyin ayrılması konveksiya və şüalanma vasitəsilə çox intensiv gedir. Temperaturun yüksəlməsi şəraitində istiliyin çox hissəsi tərin buxarlanmasına sərf olunur. İsti sexlərdə (qazanxana və s.) işçilər duzlu və yaxşı qazlı su ilə təmin olunmalıdır. İstiliyin mənfi 15 °C-ə qədər aşağı düşməsi nəticəsində orqanizm soyuyur və bədənin ayrı-ayrı sahələri dona bilər. İstehsalat binalarında havanın istiliyini ölçmək üçün müxtəlif termometrlərdən istifadə olunur.
Yüksək istilikli binalarda havanın dəyişdirilməsi insan orqanizmindən istiliyin verilməsini artırır və onun halını yaxşılaşdırır, aşağı istilikdə isə havanın dəyişdirilməsi insan orqanizminə pis təsir göstərir. Habelə havanın hərəkət sürəti binalarda ayrılan tozun və başqa zərərli maddələrin çıxarılmasına təsir edir.
Orqanizmin istiliyi tənzimləmə qabiliyyətinə havanın nəmliyi, hərəkət sürəti də böyük təsir göstərir. Belə ki, yüksək nisbi nəmlikdə (>85%), yüksək temperaturlarda istilik verimi çətinləşir, alçaq temperaturlarda isə güclənir və bədən həddən artıq soyuyur. Aşağı nisbi nəmlik (<20%) isə nəfəs yollarının selikli qişasını qurudur. İnsan sakit vəziyyətdə havanın 0,1m /san hərəkət sürətini durğunluq kimi 0,25 m/san-dən böyük sürətini isə yelçəkmə kimi hiss edir.
Dostları ilə paylaş: |