Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə92/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   88   89   90   91   92   93   94   95   ...   154
Qaldırıcı mexanizmin buraxılabilən yükqaldırma qabiliyyətindən ağır yüklərin, həmin qaldırıcıda qaldırılması; aqreqatların xüsusi tutacaqlar istifadə edilmədən trosla dolanaraq qaldırılması, daşınması və yerləşdirilməsi qadağandır. Ressorları şassi altına xüsusi altlıqlar (estakadalar) quraşdırma yolu ilə yüksüzləşdirdikdən sonra avtomobildən çıxartmaq və yerləşdirmək olar.

Avtomobil domkratla qaldırıldıqda təhlükəsizliyi təmin etmək üçün onun altına qoruyucu dayaq yerləşdirmək lazımdır. Domkrat avtomobilin kuzovunda və ya çərçivəsində nəzərdə tutulmuş yerdən qoyulur.

Yüksəkdə yerləşdirilmiş avtomobil aqreqatları (detalları) üzərində iş aparıldıqda təhlükəsizliyi təmin edən möhkəm altlıqlardan istifadə etmək lazımdır.

Avtomobilin altında uzanaraq iş yerinə yetirən işçilər uzanacaqla təmin edilməlidirlər. Döşəmədə və yer üstündə uzanacaqsız işləmək qadağan edilir.

Yedək qarmaqlarından tutaraq avtomobili qaldırmaq; xüsusi sığorta edici altlıqlar (dayaqlar) quraşdırılmayan, domkratla qaldırılmış avtomobilin altında işləmək və olmaq; özüboşaldan-avtomobilin qaldırılmış kuzovunun altında dayaq yerləşdirilmədən işləmək qadağandır.

Minik avtomobilinin kuzovunun dibinin təmiri vaxtı yanacaq çənlərindən yanacağı, soyutma sistemindən antifrizi boşaldır, mühərrikin yağ boşaldıcı ucluğunu kip bağlayır və akkumulyator batareyasını çıxarmaq lazımdır. Qida sisteminin üfləməsi lazım olarsa sıxılmış hava sisteminə birləşdirilmiş hava ucluğundan istifadə etmək lazımdır. Bu halda paylama sistemində havanın təzyiqi 0,5 MPa-dan çox olmamalıdır.

Avtomobilin tormoz sistemini stenddə sınamaq lazımdır. Xüsusi meydançada yol sınaqlarına icazə verilir. Bu halda meydançanın ölçüləri elə olmalıdır ki, hətta tormozların nasazlığı halında insanların və avtomobillərin təhlükəsizliyi təmin edilsin.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin