265. Ozon qatını dağıdan element:
A) xlor
B) civə
C) azot
D) arqon
E) kükürd
266. Günəş şüalarının yer səthindən əks olunan hissəsi:
A) albedo adlanır
B) maqneto adlanır
C) diatriba adlanır
D)”Günəş sabiti” adlanır
E) temperatur qradiyenti adlanır
267. İstehsalat zərərli və təhlükələrinin faktiki səviyyəsi hansı cihazlarla ölçülmür?
A) analitik tərəzi
B) qaz analizator
C) lüksmetr
D) aspirator
E) səsölçən
268. Zərərli və təhlükəli istehsalat amili olmayanı qeyd et.
A) analoji
B) bioloji
C) fiziki
D) kimyəvi
E) psixofizioloji
269. Mütəşəkkil ventilyasiyaya aid olmayanı qeyd et.
A) tavan
B) qapı
C) deflektor
D) pəncərə
E) baca
270. Təbii ventilyasiya hansı amilin hesabına baş verir?
A) xüsusi çəki
B) soyuqluq
C) istilik
D) hündürlük
E) qapı – pəncərənin çox olması
271. Əmək məcəlləsi bunlardan hansını öyrənmir?
A) dövlət müqaviləsi
B) əmək müqaviləsi
C) kollektiv müqavilə
D) iş və istirahət vaxtı
E) əmək normaları və əmək haqqı
272. Əmək məcəlləsi bunlardan hansını özündə əks etdirmir?
A) əmək haqqının hesablanması
B) əmək intizamı
C) əmək mühafizəsi
D) qadınların və gənclərin əməyi
E) əmək mübahisələri
Dostları ilə paylaş: |