194. Elektrik travması vaxtı bunlardan hansı baş verməz.
A) Saçın tökülməsi
B) Elektrik nişanələri
C) Elektrik qövsünün təsiri ilə gözün zədələnməsi (elektrooftalmiya)
D) Yanıqlar
E) Dərinin metallaşması
195. Elektrik cərəyanı ilə zədələndikdə mexaniki zədə olmayanı göstər.
A) II dərəcəli yanığın əmələ gəlməsi
B) Oynaqlarda çıxma
C) Qan damarlarında qırılma
D) Əsəb toxumasının qırılması
E)Sümüyün sınması
196. Kliniki ölüm halında olan adamda aşağıdakılardan hansı baş vermir.
A) Göz bəbəkləri kiçilir
B) Ürəyi işləmir
C)Nəfəs almır
D) İşığa reaksiya vermir
E) Ağrılı qıcıqlanmaya heş bir reaksiya vermir.
197. Kliniki ölümün davametmə müddəti ürək fəaliyyətinin və nəfəsalmanın dayanması anından baş beyin qabığı hüceyrələrinin ölümünün başlanmasına kimi olan dövr ilə təyin edilir. Əksər hallarda baş verən kliniki ölümün vaxtını qeyd et ( dəqiqə ilə ).
A) 4 – 5
B) 2 – 3
C) 6 – 10
D) 11 – 14
E) 15 – 20
Dostları ilə paylaş: |