Doqquzuncu hədis də ilk növbədə dini məzmunu ilə yadda qalır. Hədisdə. Allaha sidq ürəklə inamdan və Yaradana olan ibadət və itaətdən ruzi verənin Tanrı olmasından danışılır. Bu hədisin məzmununa uyğun olaraq iki hekayət verilmişdir ki, onların hər ikisində Allahın istər insana, istərsə də digər canlılara verdiyi ruzidən söz açılır.
Birinci hekayətdə dənizdə olan bir heyvanın dişləri arasındakı ətin bir quşun köməyilə çıxarılmasından bəhs olunur.
İkinci hekayə isə İbrahim Ədhəmin həyatından götürülmüşdür. O, bir gün ovda olarkən yemək zamanı bir qarğanın süfrədən bir çörək götürərək göyə qalxmasını görür. İbrahim qarğanı izləyərək onun apardığı çörəyi dağın yamacında əli - qolu bağlı bir kişiyə verməsinin şahidi olur. İbrahim həmin kişi ilə söhbət etdikdən sonra məlum olur ki, o, tacir imiş və bir neçə gün öncə bu yerlərdən keçərkən oğrular malını aparmış, özünü isə əl qolunu bağlayaraq burada qoyub getmişlər. Bu müddətdə bir qarğanın hər gün gətirdiyi çörəklə gününü keçirirmiş. Bu hadisənin şahidi olan İbrahim Ədhəm İlahinin qüdrətinə heyran qalaraq qullarını azad edir və Kəbəyə yollanır.
Beləliklə, hər iki hekayədə Allahın hər şeyə qadir olması və qullarının ruzısini müxtəlif vasitələrlə yetirməsi fikri vurğulanır.
Dostları ilə paylaş: |