Onuncu hədis digər hədislərlə müqayisədə həcminin böyüklüyü ilə seçilir və cənnət - cəhənnəm haqqındadır.
Hədisə dörd hekayə qoşulmuşdur ki, onlardan birincisi Musa peyğəmbərin cənnətlə bağlı sualına Allah - taalanın verdiyi cavabdan ibarətdir.
Həcmcə nisbətən böyük olan ikinci hekayət bütünlüklə cəhənnəm əzabının təsvirinə həsr olunmuşdur: burada cəhənnəm haqqında olan ayələrin nüzul olması, Peyğəmbərin (s.) onların təsirilə ağlaması təsvir olunur.
Mənsur İbn Əmmar haqqında olan üçüncü hekayət din yolunda şəhid olanların cənnətə qovulmasından bəhs olunur.
Dördüncü hekayət də həcminin böyüklüyü ilə seçilir və “Behcətül - hədayiq” adlı bir qaynaqdan götürülmüşdür. Burada Peyğəmbərin (s.) ümmətlərini cəhənnəmdən xilas etmək yolları ilə bağlı dörd xəlifəyə (ə.) və Fatimə (ə.) ilə Ayişəyə (ə.) verdiyi sual və onların bu məsələ ilə bağlı verdikləri cavabdan danışılır.
Hekayətlərin qısa məzmunundan da göründüyü kimi, bu hədis də sırf dini məzmun daşıyır. Bununla belə, burada cəhənnəm əzabını görməmək üçün həyatda Allaha möhkəm inam və həyatda yaxşı əməl sahibi olmaq fikri vurqulanır ki, o sonuncu məsələ əxlaqla bağlıdır.
Tərcümədəki digər hədislərin isə qısaca olaraq hansı mövzularda olmasını göstərməklə kifayətlənirik.
Dostları ilə paylaş: |