İyirmi altıncı hədisdə deyilir: Səxavətli kəs cənnətə yaxın olur və insanlar tərəfindən sevilir.
İyirmi yeddinci hədis qiyamət haqqındadır: Hədisdə deyilir ki, qiyamət saatında hər kəsin əməlləri kitabında görünmüş olacaq.
İyirmi səkkizinci hədis pis qulun əməlləri və cəzası haqqındadır.
İyirmi doqquzuncu hədisdə belə bir fikir vurğulanır ki, ölən şəxs üçün üç nəfər onun yaxşılıqı haqqında şahidlik etsə,həmin şəxs cənnəti qazanmış olar.
Otuzuncu hədis də ölən şəxsin yaxşılığı barəsindədir və möminlərin şahidliyindən bəhs edir.
Otuz birinci hədis namaz, zəkat, oruc və Həccin fəzilətləri haqqındadır.
Otuz ikinci hədisin məzmununa görə ən yaxşı bəndə o kəsdir ki, işi daima şəhadət söyləmək olsun.
Otuz üçüncü hədis cümə günü edilən qüsl və qılınan namazın fəzilətləri haqqındadır.
Otuz dördüncü hədis bu dörd xüsusiyyət haqqındadır: doğruluq, şükür, həya, yaxşı xasiyyət.