Otuz beşinci hədisdə deyilir: Hər kəs yatarkən üç dəfə tövbə duası oxusa, Tanrı onun günahları bağışlayar.
Otuz altıncı hədis Quranın “Fatihə”, “Ayətül – kürsi” və “Ali – İmran” surəsindən iki ayətin oxunmasının fəzilətləri haqqındadır.
Otuz yeddinci hədis məclisdə üç dəfə oxunması lazım olan bir dua haqqındadır.
Otuz səkkizinci hədis cəhənnəmdə kafirlərin vəziyyəti haqqındadır.
Otuz doqquzuncu hədis əxlaq – tərbiyə mövzusundadır və hər bir bəndənin qırx hədisə əməl etməyinin zəruiliyi haqqındadır.
1. Allaha iman gətirə; 2. hər gün beş dəfə namaz qıla; 3. zəkat verə; 4. oruc tuta; 5. Həcc ziyarətini edə; 6. hər gün on iki rikət namaz qıla; 7. ata – ananın razılığını ala; 8. yetim malını yeməyə; 9. sələm malını yeməyə; 10.şərab içməyə; 11. yalan söyləməyə; 12 zorla bir işi etməyə; 13. şəhvətə meyil etməyə; 14. qeybət etməyə; 15. (?); 16. bir müsəlmana ziyanı dəyməyə; 17. eyş – işrətlə gün keçirməyə; 18.kimsənin eybin tutmaya; 19.heç kimi inçitməyə; 20. cəhyənnəm əzabını unutmaya; 21. ara vurmaya; 22. Allaha sidqlə şükür edə; 23. bəla vaxtı səbir edə; 24. Allahin rəhmətindən ümüdünü kəsməyə; 25. alın yazısına inana; 26. şeytana uymaya; 27. dünyanı axirətdən üstün tutmaya; 28. müsəlman qardaşının ehtiyacini ödəyə; 29. din işində özündən üstün olanın hörmətini gözləyə; 30. yalan söyləməyə; 31. şeytan yolundan uzaq ola; 32. batil iş görməyə; 33. haqq sözü gizlətməyə; 34. əhli – beytinə (ailə üzvlərinə) daimə təlim – tərbiyə edə; 35. qonşusunu şad edə; 36. Allah bəndəsini söyməyə; 37. daima Allahı zikr edə; 38. gecə - gündüz Quran oxuya; 39. camaatla beş dəfə namaz qıla; 40. pislik edənə qarşı pislik etmməyə.
Qırxıncı hədis məhşər günündə pis əməl sahiblərinin aqibəti haqqındadır.