HEKAYƏTİ-ÜXRA
Zahidü müfti imam seyyidi,
Öz atasından rəvayət eylədi.
Turə vardı bir gün Musayi-kəlim,
Pəs münacat etdi Həqqə, key kərim.
Xəlqi lütfiŋdən yaratdıŋ, ey Xuda,
Tərbiyət qıldıŋ olarə basəfa.
Yarədürsən əhsəni-surətdə həm,
Adəm oğlını qamu, ey zülkərəm.
Anlarə verdiŋ firavan ne’məti,
Hər birinə dürlü-dürlü zinəti.
Pəs qiyamətdə oları daŋla sən,
Nişə yaxərsən odə, ey zülmənən?
Vəhy qıldı Həqq ki, ya Musa rəvan,
Dur əkin əkgil, oturma bu zəman.
Durdı ol dəm pəs rəvan əkdi əkin,
Tərbiyət qıldı, suvardı bəd əz-in.
Çünki biçmək vəqti irişdi təmam,
Biçdi, həm dögdi anı xoş-şadkam.
Çün götürdi hasilin Musa rəvan.
Həqq aŋa qıldı xitab əndər-zəman
Kim, əkiniŋ neylədin, Musa, degil,
Neylədügiŋ həm biləm, şərh eyləgil,
Dedi ki, dögdüm,götürdüm, ey qəni.
Həm quyiyə qoymışam bu dəm anı.
Dedi: Ya Musa, degil kim, bişü kəm,
Yazidə heç nəstə qoyduŋmı bu dəm?
Ayıtdı: Ya Rəbb, bəli, tərk eylədim,
Ol ki, xeyri yox idi, götürmədim.
Pəs dedi ol dəm Xudayi-müstəan,
Mən dəxi bilgil, əya Musa, əyan.
Odə məxluqimdən anı yaxərəm,
Andə zərrə olmaya xeyrü kərəm.
Oldurur xeyr olmayan kim əz-bəşər,
Birləməkligə məni ol ar edər.
Bilgil, ey Musa, həqiqət sən muni,
Ol səbəbdən yandurərəm mən anı.
Ya İlahi, qullarıŋı lütf ilən,
Əhli-tövhid eyləgil, ey zülmənən
Əhli-tövhiddən bizi qılma cüda,
Anlarıŋlan həşr qılgil, ey Xuda.
Dostları ilə paylaş: |