HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə123/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   119   120   121   122   123   124   125   126   ...   170
Tutruq/tuturuq- odu qızışdıran, od qalamaq üçün çör-çöp:

Tutruği adəmdür damunun qamu,

Dəxi daşlardur dedi ol fərdi-hu
Bu sözü eyni mənada Qazi Bürhanəddin də aşağıdakı beytdə işlətmişdir:

Sənin eşqindürür bir od, bənim

dərdimdürür, tutruq,

Bu od ilə bu tutruğə bu aləm yanamı-yana.
“Tutruq” sözü müxtəlif fonetik variantlarda (duturuq/dutruq/tuturuq/tutruq) XIV-XVIII yüzilliklərə aid türkcə mətnlərdə qeydə alınmışdır (II, 1295-1297). Orta yüzilliklərə aid Azərbaycan yazılı abidələrində isə bu leksemin işlənməsinə dair bir qeydə rast gəlmirik. Fikrimizcə, “tutruq” lekseminin kökündə qədim türk sözü “tütmək” (tüstülənmək) dayanır (bax: 601).

Uz/ustaca, yaxşı:
Birisi yayına oxın gəzlədi,

Bağladı xoş, uz atuban gizlədi.
"Uz" sözü qədim türk mətnlərində "bacarıqlı", təcrübəli, "usta","ustaca," "yaxşı" mənalarında işlənmişdir (70,620). Bu sözə "Kitabi-Dədə Qorqud" eposunda da bir neçə yerdə rast gəlirik ;"Dirsə xan Qorqut sinirli qatı yayın əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz atdı" (D-22,10-13). Eposun Bakı nəşrlərinin ikisində bu nümunədəki "uz atdı" (ustaca atdı, düz atdı) ifadəsi "uzatdı" kimi verilmişdir (14,289 ;34,22). Bu yalnışlıq "Kitabi-Dədə Qorqud"un izahlı lüğəti kitabında da öz əksini tapmışdır. Eposun 1988-ci il Bakı nəşri (35) əsasında hazırlanmış həmin lüğətdə "uz atdı" ifadəsi "uzatmaq" (yıxmaq?) felinə nümunə olaraq verilmişdir (37,176). Halbuki həmin nəşrdə ifadə "uz atdı" şəklindədir və eposun sadələşdirilmiş variantlarında düzgün olaraq "sərrast atdı" kimi verilmişdir(35, 135).

Bir sıra qaynaqlarda "uz" sözünün yuxarıda qeyd etdiyimiz mənalarından başqa , "uzun", "uyğun", "münasib" mənaları da qeyd olunur (36,205 ;14,216). Bunları nəzərə aldıqda "Kitabi-Dədə Qorqud"dakı "qara polat uz qılıc"(D-35-6, D-211-3-4, D-247-9) birləşməsindəki "uz" sözünü "yaxşı", "münasib" və ya "uzun" kimi qəbul etmək olar. Qorqudşünas, f.e.d. Ş.Cəmşidov isə həmin birləşmələrdəki "uz" sözünü "üz" kimi oxumuşdur: "poladüz qılınc" (14,296), "polad üz qılınc"(14,382). Dastanın Bakıda hazırlanmış izahlı lüğətində bu birləşmələrdəki "uz" sözünün "böyük", "iti" mənasında işlənməşi göstərilir (37,176), əslndə isə həmin leksik vahid burada məhz "yaxşı", "münasib" anlamındadır.



Fikrimizcə, dilimizdəki: "Az getdi, uz getdi" atalar sözündəki "uz" sözünün kökündə də "uz" leksemi dayanır və həmin leksik vahid burada məhz "yaxşı" mənasını daşıyır : Az getdi, yaxşı getdi. Onu da qeyd edək ki, "uz" sözü çağdaş qırğız dilində "mahir", "yaxşı" mənalarında işlənir. Bu dildəki "Az bolso da, uz bolsun" atalar sözündəki "uz" sözü "yaxşı" mənasındadır: Az olsun, yaxşı olsun. "Uz" sözü türk dilində də "yaxşı", "münasib" mənalarında işdənir ( 81,885).

"Uz" sözü XV əsr Azərbaycan- türk tərcümə abidəsi Şirazinin "Gülşəni-rar"tərcüməsi"ndə də "yaxşı", "münasib", "uyğun" mənalarında işlənmişdir:
Bana bu pərdədən bir raz söylə,

Eyi söyləvü uzü az söylə (123,45a).
Prof. Ə. Nəcibin fikrincə, çağdaş türk dillərinin çoxunda işlənən "usta" sözünün kökündə də qədim türk leksemi "uz" dayanır (75,314).


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin