Ulalmaq - böyümək, ucalmaq, artmaq:
Mallu olan kişi könli ulalur.
Həm rübubiyyətə ol də'va qılur...
Der ki, ömrün keçdi, ulaldı yaşın,
Sümügün incəldi, həm titrər başın.
"Ulu" sifətindən düzəlmiş bu fel əski türk run yazılarından tutmuş Qütbün "Xosrov və Şirin" əsərinədək bir dövrü əhatə edən türkdilli yazılı abidələrdə bol-bol işlənmişdir (75, 356-357). "Ulalmaq" felinə yazılı abidələrimizdən "Kitabi-Dədə Qorqud"da, "Dastani-Əhməd Hərami"də, Füzulinin dilində və başqa türkdilli yazılı abidələrdə də rast gəlirik (16,41;35,36;106,VI,3935-3938). Bu fel müasir türk dillərindən yalnız türkmən dilində heç bir dəyişiksiz işlənir (75, 357).