HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə15/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   11   12   13   14   15   16   17   18   ...   170
HEKAYƏTİ-ÜXRA
Maliki-Dinar vəqtində məgər,

İki qərdaş var idi, ey mö’təbər.

Oda daparlar idi anlar sübhü şam,

Biri səksən üç yaşamışdı təmam.

Otuz üç idi kiçisiniŋ yaşı,

Oda dapmağ idi munlarıŋ işi.

Dedi bir gün kiçisi kim, ey əxi,

Biz bu odı sınayalum gəl axı.

Bizə bu hörmət qılurmı görəlüm,

Biz bu işiŋ mə'nisinə irəlüm.

Bizə dəxi dapmayanlər kimi ol

Görəlüm yandurməğə eylərmi yol?

Gər bizi yandurməz isə biləlüm,

Aŋa dəxi yaxşı xizmət qıləlüm.

Yox əgər yandursə,tərk etmək gərək,

Özgə taŋrı istəyü getmək gərək.

Eylə olsun dedi qərdaşı aŋa,

Mən müti’əm, hər nə ki dersəŋ saŋa.

Ol zəmanda varub od yandurdılar,

Bir saət qarşusin alub durdılar.

Dedi kiçisi ulusinə rəvan,

Odə əvvəl sən əliŋ uzat həman.

Dedi ulusi ki, yox sən başləgil,

Necə ki bilürsəŋ, eylə işləgil.

Kiçisi qoydı əlin od üstinə,

Barmağın yandurdı ol dəm dəstinə.

Çünki yaxdı barmağın, ah eylədi,

Döndi anda oddan ikrah eylədi.

Dedi ol dəm otuz üç ildir təmam,

Eylərəm saŋa ibadət sübhü şam.

Bu qədər qulluğimiŋ həqqi xanı?

Yandurubsən şimdi incitdiŋ bəni.

Dedi: Ey qərdaş, gəl imdi gedəlüm,

Bir kərim taŋrıya qulluğ edəlim.

Beş yüz il incitmiş olsax biz anı

Doğru varsax qullıq ilə, ol qəni

Keçə bizdən ol bir istiğfar ilə,

Yarlığaya bizi bir iqrar ilə.

Bir şəhadətlən bizi azad edə,

Cürmimüz əfv eyləyib dilşad edə.

Eylə olsun dedi qərdaşi dəxi,

Dedi: Gəl, imdi gedəlüm, ey əxi,

Bir kişiyə varalum ki, bizi ol

Mürşid olub göstərə bir doğru yol.

İkisi dəxi durubən vardilər,

Maliki Bəsrə içində gördilər.

Gördilər və’z eyləməkdə ol əmir,

Həm yığılmış yanına cəmi-kəsir.

Çünki gördilər bu haldə ol əmin,

Verdi ulusinə ağu ol ləin.

Dedi: Qərdaş, mən müsəlman olməzəm,

Od qulluğini əldən salməzəm.

Ömrimiŋ keçdi bu növ ilə çoxi,

Assı qılməz şimdi döndügim dəxi.

Mən müsəlman olsam imdi bu zəman,

Ol Məhəmməd dininə girsəm həman,

Əhli-beytim cümlə tə’n eylər maŋa,

Sərzəniş eylər qamu, dözmən aŋa.

Tə’nəsindən anlarıŋ bu dəm yəqin

Kim, maŋa yegdür cəhənnəm, ey əmin.

Kiçisi dedi ki, ey qərdaş, əyan

Tə’nəsi bir dəmdir anlarıŋ həman.

Unıdurlar bir-iki dəmdən gerü,

Sən yəqin bilgil müəbbəddir damu.

Çox aŋa bu növə ilhah eylədi,

Pənd edübən dürlü sözlər söylədi.

Etmədi hərgiz qəbul anıŋ sözin,

Pəs qayıtdı, döndərüb andan yüzin.

Dedi: Sən bil, ya şəqi ibn şəqi,

Yoxdurur canıŋda çün din rövnəqi.

Çün qayıtdı ol geri getdi rəvan,

Gəldi kiçisi ilərü ol zəman.

Uşağından tifl olan dəxi bilə,

Xatuni dəxi bilə idi cəm ilə.

Məclisə girdi oturdı ol hümam,

Ta ki, Malik fariğ oldı əz-kəlam.

İrəlü gəldü ol igit dəm qədəm,

Ərz qıldı qissəsini pəs o dəm.

Dedi: İslamı maŋa ərz eyləgil,

Necə demək gərək anı, söyləgil.

Malik islamı aŋa ərz eylədi,

Tui-rəğbətlən şəhadət söylədi.

Əhli-beyti həm müsəlman oldılar,

Küfri qoyub əhli-iman oldılar.

Şadlıxdan ol cəmaət cümləsi,

Ağlayub fəryad qıldılar bəsi.

Durdı məclisdən çıxub getmək dilər,

Malik aŋa söylədi, ey mötəbər,

Bir dəm əglən, bu cəmaətdən saŋa,

Ta ki mən cəm’ eyləyim qəftan bəha.

Bu sözi çünkim eşitdi ol cəvan,

Söyləmə der bu sözi, ey mehriban.

Heç gərəkməz kimsədən nəstə maŋa,

Mən təvəqqe edərəm Həqdən yaŋa.

Anıŋ içün gəlmədim imanə mən,

Xəlq nəstə verə, ey xəlqi-həsən.

Dinimi dünyayə satmən bil əyan,

Muni dedi, getdi yolinə rəvan.

Vardı bir viranə içrə ol zəman,

Buldı bir əv, qıldı özinə məkan.

Acü susiz gecə anda yatdilər,

Səbr qılub Xaliqə şükr etdilər.

Sübh oldı, xatuni der: Ey kişi,

Qəlbümizi aldı aclıq təşvişi.

Bir iş istə, bazarə var bu zəman,

Ücrətiŋi al, təamə ver rəvan.

Ol zəman bazarə vardı ol igit,

İstədi, bulmadı bir iş, key eşit.

Dedi: Şimdi mən varayım bu məhəl,

İşləyəm Allah içün bu gün əməl,

Vardı ol bir məscidə girdi rəvan,

Tərk olınmışdı ibadətdən əyan.

Heç kimsə anda qılmazdı nəmaz,

Heç cəmaət görməz idi çoxü az.

Vardı xoş anı süpürdi, qıldı pak,

Qoymadı heç xarü xaşak ilə xak.

Qıldı anda axşamadəkin nəmaz,

Xaliqinə eylədi ərzü niyaz.

Mənzilinə getdi, axşam oldı çün

Dedi əhli: Bulmadıŋmı iş bu gün?

Əhli-beytinə dedi: Oluŋ agah,

Maŋa iş işlətdi bu gün padşah.

İşlədim sultan içün bu gün,-dedi,

Leyk bu gün həqqimi ol vermədi.

Var ümmidim daŋla verə ol xacə,

Yatdılar pəs acü məhzun ol gecə.

Çün sabah oldı genə ol bitəəb,

Varuban bazarə iş qıldı tələb.

Yenə iş işlətmədi kimsə aŋa,

Döndi, gerü gəldi məsciddən yaŋa.

Qıldı taət yenə axşamadəkin,

Gəldi axşam ol əvinə, ey əmin.

Övrəti dedi yenə kim, ya həlal,

Ağlaşur uşağlarıŋ uşbu məcal.

Dedi kim, bilgil bu gün dəxi yəqin,

İşləmişdim, diŋlə sultanə həmin.

Vermədi bu gün, umarəm daŋla mən.

Cümə günidür verə, səbr eylə sən.

Ol gecə dəxi yenə ac yatdilər,

Xaliqə sığındılar, şükr etdilər.

Çün sabah oldı yenə durdı uru,

Vardı bazarə yenə ol qayğulu.

Hər necə kim istədi, iş bulmadı,

Həqdən özgə heç ümmidi qalmadı.

Yenə vardı məscidə ol şahbaz,

Sidq ilə qıldı iki rik’ət nəmaz.

Əl götürüb xoş münacat eylədi,

Xaliqinə ərzü hacat eylədi.

Söylədi ki, ya İlahi, seyyidi,

Həm şəfi’ etdi özinə Əhmədi.

Ruzi qıldıŋ dini-islamı maŋa,

Başimə qoyduŋ mənim taci-hüda.

Uşbu dinin hörmətiçün, ya qəni,

Kim, anıŋ birlə şərif etdiŋ məni.

Cümə güni hörmətiçün, ey Xuda,

Lütf göstər şimdi bu dəmdə maŋa.

Sən əyalım fikrini məndən götür,

Anlarıŋ rizqini lütfiŋdən yetür.

Qəlbimi doldurdı fikri anlarıŋ,

Ol xərabə içrə ac yatanlarıŋ.

Nəfsim içün etməzəm səndən sual,

Sən bilürsəŋ halımı, ey zülcəlal.

Mən utanurəm olardən uşbu dəm,

Qorxarəm dəxi olardən şimdi həm.

Ta ki təbdil ola halı anlarıŋ,

Ola bu işdən zəvalı anlarıŋ.

Nişə kim din içrə anlar bu məcal,

İstiqamət dapmamışlar, həm kəmal.

Bir səhl iş anları təbdil edər,

Uşbu aləmdən yenə tə’zil edər.

Çünki bu növə münacat etdi ol,

Uşbu növ ilə təzərrö’ qıldı bol.

Durdı məşğul oldı yenə taətə,

Bağladı belini möhkəm xizmətə.

Çünki qaim oldı ol dəm aftab,

Cüməyə çıxdı rəvan ol nik nab.

Çünki muni böylə bildiŋ, diŋlə sən,

Gəl əyalı halını dəx aŋlə sən.

Aclığı artdı əyalınıŋ həman,

Oldılar ol gündə qayət natəvan.

Gəldi bir şəxs ol zəmandə qapuyə,

Durdı ol dəm müntəzir həm dapuyə.

Qaxdı qapu, çıxdı övrət daşxaru,

Gördi kim, durar bir igiti-mahru.

Gördi altundan əlində bir təbəq,

Bir müzəhhəb yağlığ üstə çün vərəq.

İçi dolu dürr-cəvahir, simü zər,

Dəxi çox ne’mət yanında bişümar.

Dedi: Ey xatun, muni algil rəvan,

Kim, sizə sultan ivərdi bu zəman.

Padşah kim, işləmiş zövcəŋ aŋa,

Ücrətidür kim, gətürdüm uş saŋa.

Sən gələndə zövcəŋə vergil xəbər,

Bu, iki gün ücrətidir mahəzər.

Söylə ol işində təqsir etməsün,

Cəhd qılsun, heç tə’xir etməsün.

Ol işində yaxşı qılsun ictihad,

Ücrətini edəlüm biz dəx ziyad.

Xassə kim, bu gündə cəhd etsün qatı,

Padşah yanında ola hörməti.

Gər bu gün az, dəxi olsa iş yəqin,

Çoxa keçər padşah qatında həmin.

Kim ki çox işlərsə, anıŋ hörmətin

Padşah bilür anın keyfiyyətin.

Çünki muni dedi, ol getdi rəvan,

Durdı ol övrət ayağə dər-zəman.

Bir neçə altun götürdi ol bilə,

Getdi bazarə rəvani zövq ilə.

Çünki bazarə irişdi nikzən,

Vardı sərrafıŋ qatına, diŋlə sən.

Verdi çün sərrafə altunuŋ birin,

Muni xürdə eyləgil der nazənin.

Altuni çün aldı, baxdı yüzinə,

Fikr qıldı bir zəman öz-özinə.

Bəŋzəməz çün gördi bu altunlərə,

Sordı pəs təftiş edüb ol sərvərə.

Dedi: Muni xandan almışsan, degil,

Xövf qılma, doğrusin şərh eyləgil.

Neçə müddətdir ki, sərraf olmışam,

Neçə-neçə ağça verüb almışam,

Böylə altun görməmişəm dəxi mən,

Munuŋ əhvalını doğru söylə sən.

Qissəni ərz etdi ol xatun aŋa,

Eşidüb sərraf anı, qaldı taŋa.

Bilgil nəsrani idi ol sərrafi,

Küfrüŋ altında iman idi xəfi.

Çünki bu halı eşitdi dər-zəman,

Durdı ol imanə gəldi bigüman.

Dedi: İmanı maŋa ərz eyləgil,

Necə demək gərək, anı söyləgil.

Ərzi-islam etdi ol xatun aŋa,

Qoydı başinə anıŋ taci-hüda.

Verdi min dirhəm dəxi xatunə həm,

Muni xərc eylə, dəxi sən çəkmə qəm.

Bu tükənə, gəl yenə məndin yaŋa.

Dəxi ən’am eyləyim hər dəm saŋa.

Muni aldı, getdi bazarə xatun,

Dürlü ne’mətlər alur anda satun.

Dəxi mayəhtaci yenə aldı ol,

Pəs əvi saru gözətdi, dutdı yol.

Çünki muni bildiŋ, ey xəlqi-həsən,

Ol kişi halını eşit şimdi sən.

Necə oldı, anı dəxi söyləyim,

Guş qılgil necədir, şərh eyləyim.

Qıldı çünki cüməyi ol möhtərəm,

Çıxdı camedən dili pürhimü qəm.

Yüzini dutdı gögə, çox ağladı.

Atəşin ah ilə bağrın dağladı.

Vara bilməz mənzilinə əliboş,

Nari-həsrətdən yürəgi qıldı cuş.

Məndilini oturur, yerə düşər,

Anı toprağ ilə doldurdı məgər.

Məndilini qıldı toprağdən dolu.

Aldı, gedər anı, könli qayğulu.

Əhli-beyti görə anı şad ola,

Ta ki bir dəm qayğudən azad ola.

Sorsalar muni, deyəm ki, undurur,

Muni qazandım sizə üç gündürür.

Mənzilinə gəldi çün bu növ ilə,

Gah fəryad edə, gəh zari qıla.

Çünki yetdi qapusinə ol cəvan,

Əhli-beytin cümlə gördi şadman.

Gərçi özi zarü qayğulu həzin,

Gəldi əhliniŋ gülər gördi yüzin.

Gördi əvi dopdolu rəxti-qumaş,

Aşü ətmək dürlü nemət: quru-yaş.

Xatunindən qissəyi qıldı sual,

Dedi: Ərz eylə maŋa ki, noldı hal?

Uşbu munca ne’mətü əsbabü rəxt,

Xandan olmışdır degil, ey nikbəxt?

Qissəyi ərz eylədi çün övrəti,

Bildi vardır Həqq qatində qürbəti.

Qissəsini cümlə aŋa söylədi,

Hər nə kim, görmiş idi, şərh eylədi.

Bildi munca ne’məti ki ol hümam,

Kim, aŋa Allah ivərmişdir təmam.

Səcdə yüzini sürtdi ol yerə,

Şükr edənlər bəs ki çox nemət görə.

Səcdədən baş qaldurub durdı uru,

Vardı məndilə baxa ol mahru.

Məndili eşikdə qoymuşdı cəvan,

Olmaya ta toprağ olduğı əyan.

Vardı, açdı məndili ol mö’təbər,

Dopdolu undur, anı baxub görər.

Yenə bir dəx səcdə qıldı həzrətə,

Bağlədi belini dün-gün taətə.

Dedi, hər kim Həqq ilə olur yəqin,

Həqq dəxi anıŋ ilə olur həmin:




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin