|
|
səhifə | 156/170 | tarix | 07.01.2022 | ölçüsü | 3,06 Mb. | | #82669 |
| Mizan qurulmaq: "Ədl içün mizan quruldı nagəhan, Həqqü batil sorılur yaxşı-yaman". Ərəb mənşəli "mizan" (tərəzi) isminin iştirakı ilə düzəlmiş bu ifadə "məhşər günü günah və savabın haqq-hesabı çəkilməsi" anlamını daşıyır. Tərcümədə bu sabit söz birləşməsinin aşağıdakı daha iki frazeoloji variantına rast gəldik: "ədlü mizan qurulmaq", "sorğu-hesab qurulmaq". Məsələn : "Ol zəman kim, ədlü mizan qurıla, Damuya kim asi qullar sürilə"; "Ol zəman kim, qurıla sorğu-hesab, Sorıla yaxşı-yaman, xeyrü səvab". Bu frazeoloji variantların hər üçü bugünkü ədəbi dilimiz üçün arxaik sayılsa da, müasir bədii əsərlərin dilində dini anlayışlarla bağlı "mizan - tərəzi qurulmaq" şəklində işlənmişdir (7,III, 319).
Dostları ilə paylaş: |
|
|