Könül cəm eyləmək – fikrini toplamaq, ağlını başına yığmaq : "Çünki munı bidin imdi diləgil, Könlini cəm eylə yaxşı anləgil".
Tərcümənin dilindəki ayrı-ayrı frazeoloji vahidlər isə, ümumiyyətlə, bugünkü ədəbi dilimizdə işlənmir. Məsələn: "Əcəl yasduğına başın qomaq" - ölmək, dünyadan köçmək: "Çün əcəl yasduğına başın qodı, Əhlinə belə vəsiyyət eylədi".
"Qəlbi qəra eyləmək" -qəlbi xəbis etmək: "Dedi, mal qəlbi qəra eylər yəqin, Dilləri pürnur edər elm, ey əmin".
"Ləb tərpətmək" - ağzını açıb danışmaq, dillənmək: "Dedi kim, demən ana dəx, ya nəbi, Bu sözə təprətməzəm hərgiz ləbi".
Yüzi üstə gəlmək - itaətlə gəlmək, təzimlə gəlmək: "Mən sana bel bağlamışam, ey Kirdigar, Gəlmişəm yüzim üstə, ey Pərvərdigar".
Dostları ilə paylaş: |