Cana matəm salmaq: - qəmləndirmək, yasa batırmaq: "Bir yanadan dəxi Əzrail qəmi, Canıma ol saldı dürlü matəmi".
Bədən və bədən üzvlərini bildirən baş sözlərlə bağlı sabit söz birləşmələrindən bir neçəsi frazeoloji variant və sinonimlərdir: "qulaq olmaq" - "qulaq urmaq"- "qulaq dutmaq": Məsələn : "Dedi, ya Rəbb, ol üç nədir degil, Həqq dedi, ya Musa, qulaq ol, dinləgil"; "Çün qulaq urdum, mən anı dinlədim, Həm nə dedigini anın anladım"; "Mustəfa dedi ki, bir dəm dinləgil, Söyləyim, dutgil qulağın anləgil". Maraqlıdır ki, hər üç nümunədə Həzini bu ifadələrin sinonimi olan "dinləgil" sözünü də işlətmişdir. Müasir ədəbi dilimizdə "qulaq asmaq" şəklində işlənən bu ifadənin sonuncu variantı Yusif Məddahın "Vərqa və Gülşah" məsnəvisində - "qulaq tutmaq" şəklində işlənmişdir (40, 35).
Dostları ilə paylaş: |