Canını dapşurmaq - can ismarlamaq: "Canını dapşurdı ol dəm həzrətə, Qərq oldı dürlü-dürlü rəhmətə"; "Ol xitabi çün eşitdi aşikar, Düşdi, can ismarladı biixtiyar". İkinci ifadənin tərkibindəki istər "ismarlamaq" sözü, istərsə də frazeoloji vahid bütövlükdə müasir ədəbi dilimizdə işlənmir. Maraqlıdır ki, "Əsrarnamə" tərcüməsində də hər iki frazeoloji vahiddən istifadə olunmuşdur (38, 16b, 34b). "Əsrarnamə"də həmçinin eyni mənada "can təslim etmək" ifadəsi də işlənmişdir (38, 35a).
"Hədisi-ərbəin" tərcüməsində işlənmiş daha bir neçə frazeoloji vahid müasir ədəbi dilimizdə işlənmədiyi üçün xüsusi maraq doğurur:
Dostları ilə paylaş: |