HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə17/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   13   14   15   16   17   18   19   20   ...   170
HEKAYƏTİ-ÜXRA
Bu hədisi dəx yenə, ey mötəbər,

İbn Malik ol Ənəs verdi xəbər.

Mustəfadən nəql qıldı ol ulu,

Der eşitdim, söylədi ol mahru.

Kim ki, “la ilah illəlah” desə,

Taqətincə anı ol mədh eyləsə,

Tökülür cürmi kibayirdən yəqin,

Ol qulıŋ dört miŋ günahı, ey əmin.


HEKAYƏTİ-ÜXRA

Bir hekayət diŋlə, imdi bu zəman,

Bu hədisiŋ ustə, ey arami-can.

İbn Abdullah ki, adı Bəkr idi,

Ravilər andan bizə böylə dedi.

Dedi ol kim, padşahlərdən biri,

Asi idi Taŋrıyə dindən bəri.

Taŋrıyı tərk eyləmişdi ol kişi,

Ruzü şəb bütlərlən olurdı işi.

Qəsdinə anıŋ müsəlmanlər nagah,

Kim qəzayə çıxdılar olub agah.

Ustinə ləşkər çəkübən vardılar,

Ləşkərin anıŋ sərasər qırdılar.

Kəndüsini çünki diri dutdilər,

Anı öldürməkdə çox fikr etdilər.

Dedilər muŋa nə növ ilən cəza,

Verəlüm bu döndügiçün əz-Xuda.

Cümlə anda fikri böylə qıldılar,

Anı bir küpüŋ içinə saldılar.

Ağzını anıŋ suvadılar rəvan,

Altına od urdılar əndər-zəman.

Çünki oduŋ issisi keçdi aŋa,

Köŋlini döndərdi bütlərdən yaŋa.

Dedi: Qurtar, ya Hübəl, mundan məni,

Səvdigümiŋ hörməti içün səni.

Dedi: Ya Üzza, məni eylə xilas,

Qılmışam qulluğ neçə il saŋa xass.

Sığıyub başıŋ silərdim toziŋi,

Şimdi gəl döndərmə məndən yüzini.

Mən saŋa munca ki taət qılmışam,

Səcdə edüb çox ibadət etmişəm.

Bu bəladən sən xilas eylə məni,

Amm içində şimdi xass eylə məni,

Hər necə kim anlara eylər nida,

Dəxi çox zəhmət verürdi od aŋa.

Gördi çünkim yoxdur anlardan ümmid,

Zari qılduğınca od olur şədid.

Çünki növmid oldı anlardan yəqin,

Dutdı yüzin suyi-Rəbbül -aləmin.

Bir uca avaz ilə qıldı nida,

Dedi ki, mən şahidəm, birdir Xuda.

Həm rəsulidir Məhəmməd Mustəfa,

Döndüm anlərdən yaŋa mən bixəfa.

Bir yağış yağdurdı anda əz-kərəm,

Ol yanan od üstinə, ey möhtərəm.

Söndürüb odı, qamu məhv eylədi,

Gör ki, şimdi Xaliq aŋa neylədi.

Yenə bir yel verdi ol dəmdə aŋa,

Anı götürdi rəvan suyi-həva.

Quş kimi gedərdi həvadə həman,

Dedi “la ilahə illəllah” əyan.

Vardı bir qövmiŋ içinə düşdi ol,

Taŋrı bilməzələr, nədir yaxud rəsul.

Nə bilürdi anlar iman-din necə,

Yaxud ayətü məzhəb-ayin necə.

Bilməz idilər nədir əcrü səvab,

Bir yemək-içmək bilür həmçün dəvab.

Gördilər çün düşdi gögdən xüm əyan,

Ağzını açub çıxardılar rəvan.

Dedilər: Kimsən, bizə doğru degil,

Bu, nə halətdir, bizə şərh eyləgil.

Vaqe olan qissəyi bir-bir dedi,

Anlara halın qamu ərz eylədi.

Padşah idim dedi, yerim filan,

Budurur qissəm, dəxi biliŋ əyan.

Çünki muni böylə gördilər bulər,

Cümləsi ol dəm müsəlman oldilər.

Çün müsəlman oldilər munlar qamu,

Bildilər kim, birdürür ol fərdi-Hu.

Hər kişiyə kim, qılursa Həqq nəzər,

Dirilür kafir, iman ilən gedər.

Bir qulinə olmasa fəzli əgər,

Qılsa ol miŋ ibadət sərbəsər,

Taətin eylər yüzinə cümlə rədd,

Ol olur əvvəl yoli üstində sədd.

Taəti mərdud olandan, ey Xuda,

Qılma bizi, fəzl qıl yövmül-cəza.

Fəzliŋ olan qullarıŋdan eyləgil,

Rəhmətiŋ xanilə bizi doyləgil.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin