HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə2/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   2   3   4   5   6   7   8   9   ...   170
SƏBƏBİ-NƏZMİ-KİTAB
Çün bu gün ol Xaliqə həmd eylədim,

Canü dildən həm sənasın söylədim.

Sonra andan mən qələm aldım ələ,

Nə’t oxıdım Mustəfayə sidq ilə.

Alinə, övladinə mədhi-afərin,

Həm oxıdım yenə basidqü yəqin.

Ya əxi, gəl köŋliŋi qıl müctəme',

Can qulagilən maŋa ol müstəme'.

Versə tövfiq ol Xudayi-müstəan,

Eyləyim mən imdi məqsudi bəyan.

Şeyxi-zahid, alimü abid imam,

Kim Məhəmməd bin Əbi Bəkr,ey hümam,

Dedi bir gün cürmimi zikr eylədim,

Ol keçən əyyamimi zikr eylədim.

Mə'siyyət dəryasinə qərq olmışam,

Öz əlimlə kəndüm oda salmışam.

Fikr qıldım ki, nə qılam, ey əcəb

Ol nicatimçün ola bənim səbəb.

Qalmayam bəhri-məasidə əbəd,

Çıxmağa oddan maŋa ola mədəd.

Mundan özgə dapmadım mən kim məcal,

Qurtara oddan məni biqilü qal.

Ol cəhan fəxri şəfi’ül-müznibin,

Taci-aləmi- məhbiti-Ruhüləmin.

Sədrü bədri-aləmi- xeyrül-bəşər,

Zahir etmiş ləfzi-dəryayi-göhər.

Böylə buyurmışdır ol şahi-ərəb:

Hər kim etsə sünnətimi müntəxəb,

Sünnətimdən qırx hədisi cəm’ edə,

Ümmətim içrə özini şəm' edə.

Ruzi-məhşər mən aŋa olam şəfi’,

Həzrəti-Həqdən ola qədri rəfi’.

Şeyx aydur çün, muni gördüm yəqin,

Cəm' qıldım pəs hədisi-ərbəin.

Cümləsi müsnəd ola anıŋ qamu,

Hər birini nəql qılmış bir ulu.

Hər birini bir səhabə söyləmiş,

Ravilər andan rəvayət eyləmiş.

Sonra andan der gətürdim mən yenə

Bir hekayət hər hədisiŋ üstinə.

Və'zü əxbarü hekayəti-qərib,

Eylədim ilhaq ana mən dil verib.

Var ümidim bu səbəb birlə məgər,

Özümi qurtarəm əz nari-səqər.

Çünki Şeyx öz işini qıldı təmam,

Yetdi növbət bu fəqirə, ey hümam.

Bu məhəldə bu fəqirü pürgünah,

Fe’li cürm ilən xətavü işi ah.

Bir neçə din qardaşı ilən bilə,

Məclis içrə otururkən cəm' ilə.

Arayə gəldi “Hədisi-ərbəin”,

Bir neçə söz nəql olundı, ey əmin.

Bə’zi kimsə məclis içrə söylədi,

İltimas etdivü ilhah eylədi:

Gəl bu dəmdə sən qəbul et bir nəfəs,

Kim, muni nəzm etməgə qılgil həvəs.

Türkə edüb tərcümə nəzm eyləgil,

Taqətincə gəl bəyan et, söyləgil.

Çünki böylə iltimas etdi olar,

Bu işi məndən təmənna qıldılar,

Pəs fəqir ol dəm muni gördüm səvab,

Eyləyəm ol iltimasə mən cəvab.

Pəs qələm aldım ələ əndər-zəman,

Nəzminə məşğul oldum bən həman.

Nəzm edübən türkə qıldım tərcümə,

Layiq ola umaram hər əncümə.

İstianət istəyüb Həqdən həman,

Şüğl qıldım bu işə əndər-zəman.

Eylədim mən imdi məqsudə şüru’,

Ta bəyan ola üsulü həm füru’.







Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin