HEKAYƏT MİN-
“BEHCƏTÜL- HƏDAYİQ”
Guş qılgil bir dəm, ey arami-can,
Bir hekayət edəyim şimdi bəyan.
Hər kim muni eşidürsə sidq ilə,
Ol gərək özini cənnətlik bilə.
Bəhicdəndir nəqli bu sözüŋ yəqin,
Diŋlə muni sidq ilən, ey pakdin.
Otururdu bir gün ol fəxri-cəhan,
Ol şəfii-mücrimani-insü can.
Həm Əbu Bəkrü Ömər, Osman dəxi,
Həm yenə ol şiri-rəhman, ey əxi.
Fatiməvü Ayişə dəxi bilə,
Otururlardı Rəsulüllah ilə.
Ol güzini-ənbiya ol dəm nigah,
Dutdi yüzini gögə, qıldı bir ah.
Növhə qıldı, ah edübən ağladı,
Cümlə əshabıŋ yürəgin dağladı.
Ağladı ol növə kim, fəxri-cəhan
Cümlə ağlatdı oları ol zəman.
Gərçi ağlaşurdı anlar dəx qamu,
Leyk bilməzlərdi halı, ey ulu,
Kim, nə içün ağladı ol dəm rəsul,
Ol səbəbdən oldılar qatı məlul.
Ol Siddiqi-ğar gəldi ilərü,
Mustəfayə dedi ki, ey mahru.
Nə səbəbdən ağladıŋ qatı-qatı,
Bizə mə’lum eyləgil bu hikməti.
Kim, saŋa olsun fəda canü başım,
Uş yaxıldı dərd ilə içim-daşım.
Pəs dedi ol dəm Məhəmməd Mustəfa:
Ey mənim doğru rəfiqim basəfa,
Söyləgil kim, mən necə ağlamayım?
Həsrət odilə cigər dağlamayım?
Ümmətim ögində var çox dürlü kar,
Anıŋ içün ağlaram mən zar-zar,
Yükləri ağırdurur, mənzil irağ.
Ol səbəbdən vardurur canımda dağ.
Yolları sə’b, günəhləri yögüş,
Bilməzlər ki, necə olasıdır iş?
Dedi ol dəm ol Siddiqi-basəfa,
Yolıŋa canım fəda, ya Mustəfa,
Xatiriŋi xoş dutgil, ya rəsul,
Şol mübarək köŋliŋi qılma məlul.
Ol zəman ki, ədlü mizan qurıla,
Damuyə kim, asi qullar sürilə,
Ümmətiŋ asiləriniŋ ol zəman
Yarı cürmin boynuma aldım həman.
Yanduralar anlarıŋ içün məni,
Ta edəm təxfif olarıŋ yükini.
Çün eşitdi, şad oldı Mustəfa,
Eylədi Siddiqə sidqlə dua.
Yüzini döndərdi Ömərdin yaŋa,
Dedi: Sən dəx söyləgil, ey Müctəba,
Ümmətim içün sən nə işlərsəŋ, degil,
Sən məni qayğudən azad eyləgil.
Söylədi Ömər ki, ey fəxri-cəhan,
Yoluŋa, billah, fədadur başü can.
Yox mənim Siddiqə nisbət taqətim,
Ol edən işə irişməz qüvvətim.
Ümmətiŋ asiləriŋ mən yəqin,
Cürmiŋ üçdən birin aldım həmin.
Ömərə qıldı dua, döndi yenə,
Baxdı Osmanıŋ həman dəm yüzinə.
Dedi: Sən dəx söylə, ey sabibhəya,
Ey şəfi olan behişt içrə maŋa.
Dedi Osman: Neyləyim, ya Mustəfa,
Yox Ömərcə taqətim, eyrəhnəma.
Cürmiŋi ümmətləriŋ mən, ya rəsul,
Dört ülişdən birini qıldım qəbul.
Çün aŋa qıldı dua fəxri-cəhan,
Döndi aydır: Ya Əli, eylə bəyan.
Sən nə işlərsəŋ, maŋa doğru degil,
Ümmətim həqqində bir cud eyləgil.
Açdı ağzın ol əmirülmöminin,
Ya rəsulüllah,-dedi,-bilgil yəqin,
Mən dəxi daŋla əlimdən gəldügin
Anlarıŋ içün işləyəm, ey pakdin.
Der: Əliŋdən gəldügi nədir, degil,
Köŋlimi şad eylə bir, tez söyləgil.
Söylədi ol dəmdə ol şiri-Xuda,
Diŋləgil aydım sana, ya Mustəfa.
Ol zəman ki, həqqü batil sorıla,
Duzəxə kim asi qullar sürilə,
Eyləyəm damu qapusində məqam,
Ümmətiŋdən qoymayam mən xassü amm.
Cümləsini mən gerüyə döndərəm,
Ol zəman görsəm ki, ya xeyrül-bəşər,
Kim, məni ol dəm məlaiklər yeŋər.
Düşəm qəvvas olub od içinə,
Çıxaram damudən bir-bir yenə.
Cümləsini gerüyə mən döndərəm,
Anları darünnəimə göndərəm.
Anları mən döndərüb gerü qalam,
İstəyüb yenə birisin dəx bulam.
Cümlə anlar çıxmayınca damudən,
Çıxmayam mən dəxi, ey xəlqi-həsən.
Pəs aŋa qıldı dua xeyrül-bəşər,
Fatiməyə qıldı ol dəmdə nəzər.
Dedi: Sən dəx söyləgil, ya Fatimə,
Düşmişəm bu iş üçün qatı qəmə.
Ümmətim həqqində sən dəx nə qədər,
Sə’y edərəsəŋ, söylə, ey nuri-bəsər.
Pəs dedi ol dəmdə xeyrün-nisa,
Ya Rəsulüllah, saŋa canım fəda.
Ol zəman ki, qurula sorğu-hesab,
Sorıla yaxşı-yaman, xeyrü səvab.
Bir zəman anda təvəqqüf eyləgil,
Mən gəlincə anda möhlət diləgil.
Mən gəlincə verməsün anlar hesab,
Qoymagil sorulmağa cürmü səvab.
Çünki hazır olam anda ol zəman,
Mən əlimdən gəldügin edəm həman.
Mustəfa aydır: Əya çeşmimdə nur,
Cismimiŋ ruhivü köŋlümdə sürur.
Hazır olğac sən nə işlərsəŋ, degil
Diŋləyim bir-bir, əyan et, söyləgil.
Fatimə dedi ki, diŋlə, ya ata,
Ol zəmandə kim, irişəm həzrətə,
Ümmətiŋ görəm günahın mən həman,
Ağır ola taətindən ol zəman.
Mən Həsəniŋ ağulu pirahənin
Ol dəm alurəm ələ, ey pakdin.
Saluram anı tərazu gözinə,
Gər anıŋla dəxi olmasa yenə,
Həm Hüseyniŋ dəxi qanlu köŋləgin,
Qoyaram üstinə anıŋ mən həmin.
Gər anıŋlan dəxi olmazsa təmam,
Açaram başımnı ol dəm vəssəlam.
Tökərəm saçımnı ol dəm yüzimə,
Doldurub həsrət yaşını gözimə,
Yenə tərazu gözinə ol zəman,
Miqnəəmni dəx qoyaram mən rəvan.
Ta gələ ağır olarıŋ taəti,
İrə Allahıŋ olarə rəhməti.
Döndi andan dəxi ol xeyrül-bəşər,
Ayişəyə pəs rəvan qıldı nəzər.
Dedi ki, ey ümmətimiŋ anəsi,
Mən bu işdə qayğulu oldum bəsi.
Ümmətim asilərinə bu zəman
Sən nə dersəŋ, qıl maŋa bu dəm bəyan.
Söylədi ki, ya nəbilər sərvəri,
Cümlə aləm xəlqiniŋ sən behtəri,
Eylə olurmı ki, ol gündə maŋa
Xəlq möhtac olub edə iltica.
Dedi: Gər möhtac olurlarsa, degil,
Sən nə qılursan maŋa bir söyləgil.
Söylədi pəs Ayişə, ey yüzi gül,
Söyləmək anı saŋa layiq dögül.
Mustəfa dedi: Deməzsən sən maŋa,
Söyləgil şimdi sözüŋi ataŋa.
Dedi ki, demən aŋa dəx, ya rəsul,
Mən aŋa dəx deməgi qılman qəbul.
Pəs dedi ki, var Əliyə de anı,
Qurtarurmısaŋ görəm qəmdən məni.
Pəs aŋa dəx söyləmən,-der,- Ayişə,
Mustəfa qıldı təəccüb bu işə.
Dedi: Barı Fatiməyə qıl bəyan,
Söylə şimdi, anı eylə əyan.
Dedi ki, demən aŋa da, ya nəbi,
Bu sözə təprətməzəm hərgiz ləbi.
Pəs dedi: Kimə dersən anı sən,
Söyləgil ta biləm halıŋı mən.
Dedi kim, anı Xudayə söylərəm,
Hacətimŋi mən aŋa ərz eylərəm.
Muni dedi, durdı, girdi xəlvətə,
Yüzini döndərdi ol dəm həzrətə.
Miqnəəni aldı başdan ol zəman,
Saçını yüzinə dağıtdı rəvan.
Həm yenə gisulərin aldı ələ.
Dərdi-dillən ol zəman gəldi dilə.
Pəs dedi ki, ya İlahi seyyidi,
Böylə dedi, zari-zari ağlədi.
Ya İlahi, həzrətiŋdən dilərəm,
Qıl məni möminlər anası derəm.
Hacətim məqbul qılgil, ey qəni,
Köŋlümə saldıŋ olarıŋ mehrini.
Xoş gəlürmi anəyə, ey padşah,
Oddə yanub uşağı ola təbah.
Varə yalquz cənnətə özi girə,
Ya İlahi, kim muni caiz görə?
Ya İlahülaləmin, lütf işləgil,
Anlarıŋ suçin maŋa bağışləgil.
Sən məni dəx yoxsa damuyə apar,
Anlarıŋla yanəyəm, ey Kirdigar.
Anları göndər mənimlə cənnətə,
Cənnət içində irişə ne’mətə.
Vəh gərəkməz bu maŋa kim, ey kərim,
Varəm anlarsız görəm darünnəim.
Muni dedi, zari-zari ağladı,
Ah edübən canü cigər dağladı.
Anca* qıldı ol zəman fəryadü zar.
Cümlə ağlaşdı mələklər biqərar.
Peyki-həzrət ol zəman gəldi yerə,
Həqq səlamin iltübən peyğəmbərə.
Pəs dedi kim, ya Məhəmməd, şad ol,
Qəm yemə sən, qayğudən azad ol.
Dedi kim, Allah saŋa verdi səlam,
Pəs səlam ardınca başladı kəlam.
Ayişə həqqində Allah söylədi,
Qayğuŋi, ya Ayişə, rəf’ et,-dedi.
Biz səni qıldux rəsulə çün həlal,
Layiq olmaya maŋa kim, bu məcal
Damu odilən verəm saŋa cəza,
Bu saŋa, ya Ayişə, olmaz rəva.
Dəxi həm mən görməzəm layiq anı,
Kim, uşağıŋdan cüda qılax səni.
Köŋliŋi ya Ayişə, şad eyləgil,
Özüŋi qayğudən azad eyləgil.
Söylədi lütfilə Rəbbülaləmin,
Daŋla məhşər olıcax bilgil yəqin,
Mən səni övladıŋa irişdürəm,
Anləriŋlən mən səni görüşdürəm.
Göndərəyim bəhəm səŋlən cənnətə,
Anları qərq eyləyəm mən rəhmətə.
Cümləsinə verəlüm hurü qüsur,
Cənnət içrə qılalar eyşü sürur.
Başlərinə nurdən tac urəlüm,
Hər birinə hüllələr geydürəlüm.
Cənnət içində müəbbəd olalar,
İşrət edüb xoş təmaşa qılalar.
Muni eşitdi, nəbi durdı uru,
Xaliqə şükr eylədi ol mahru.
Həm səhabə cümləsi şad oldilər,
Xürrəm olub əvlərinə gəldilər.
Şükr dərgahinə kim, ey dadgər,
Bizi qıldıŋ ümməti-xeyrül-bəşər.
Ya İlahi, rəhmət ilən qıl mədəd,
Bizi ayırma olərdən ta əbəd.
Bizi anlarə irişdir ənqərib,
Rəhmətiŋdən qılma bizi binəsib.
Lütf qılgil sən bizə, ey padşah,
Bizi imandən ayırma, ya İlah.
Qəlbimizi qillü qişdən eylə saf,
Köŋlimizdə qoyma zərqü dildə laf.
Pak qıl bizi küdurətdən qamu,
Yəni döndər özünə, ey fərdi-Hu.
Ol zəman ki, soralar bizdən hesab,
Dilimizə ver cəvabi- basəvab.
Bu HƏZİNİ acizi rədd eyləmə,
Yolinə ə’malini sədd eyləmə.
Dostları ilə paylaş: |