HEKAYƏTİ-ÜXRA
Ayişə xatun ki, ümmül-möminin
Böylə qıldı ol rəvayət, ey əmin.
Gəldi bir övrət rəsuliŋ yaninə,
Necə idi halini diŋlə yenə.
Qurımışdı sağ əli anıŋ yəqin,
Söylədi kim, ya Məhəmməd, ya Əmin,
Lütf edüb qılgil duasın bu zəman,
Kim, əlim səhhət dapa, ey mehriban.
Mustəfa dedi aŋa kim, nə səbəb
Oldı ki, qoluŋ qurımışdır əcəb?
Dedi kim, gördüm düşümdə mən əyan,
Şöylə kim, qopmış qiyamət nagəhan.
Həm cəhənnəm qıbqızıl olmış yanar,
Bir yaŋadan cənnət olmış aşikar.
Cənnət əhli vasil olmış cənnətə,
Həm cəhənnəm əhli düşmiş möhnətə.
Yeddi qapusini gördüm aşikar,
Birisində anamı gördüm yanar.
Bir əlində var idi bir vəslə ət,
Yemiş idi od əlindən dürlü lət.
Birisində dəx bir əski parəsi,
Ol ikisi olmış anıŋ çarəsi.
Anlarıŋlan odı özindən qorır,
Halətini görəniŋ cismi ərir.
Söylədim aŋa ki, ey ana, nədən
Böylə yanərsəŋ bu od içində sən?
Sən həlalıŋa müti idin yəqin,
Razi idi dəxi səndən ol əmin.
Olmamışdıŋ asi həm Allahə sən,
Taət edərdiŋ həm ol dərgahə sən.
Ya ana, pəs söylə, nə oldı səbəb,
Kim, saŋa qılmışdurur Taŋrı qəzəb?
Dedi: Ya qızım, eşitgil, söyləyim,
Halımı saŋa hekayət eyləyim.
Mən bəxil idim fənadə bil qatı,
Anıŋ içün çəkərəm görərəm bu möhnəti.
Eyləmişdir Həqq bəxilləriŋ yerin,
Burada bilgil anı-bəllü yəqin.
Dedim: Ey, ana, eylə maŋa əyan,
Ol ət ilə əskini eylə bəyan.
Xandan almışsəŋ oları söyləgil,
Vəsfini bildür, maŋa şərh eyləgil.
Söylədi kim, ya qızım, bil muni sən,
Sədəqə vermiş idim fənadə mən.
Vermiş idim Həqq yolinə azü çox,
Leyk bu ikidən özgə dəxi yox.
Üştə anı verdilər maŋa bu dəm,
Özümi anıŋla oddən qorirəm.
Pəs yenə dedim ki, ey ana, degil,
Xancərüdədür atam, bir söyləgil.
Dedi ki, ataŋ səxi idi yəqin,
Qıldı rəhmət aŋa Rəbbülaləmin.
Ol varub cənnətə, qılmışdur qərar,
Uş səxilər mənzilində aşikar.
Ol aradan mən yenə qıldım güzər,
Getdim atam yaninə biləm xəbər.
Ya rəsulüllah, anı gördüm əyan,
Hövzi-kövsər qırağında nagəhan.
Cənnət əhlinə su verürdi sərbəsər,
Böylə gördüm anı, ya xeyrül-bəşər.
Alur idi Murtəzadən ol qədəh,
Su verübən xəlqi eylərdi fərəh.
Çünki gördüm atamı bu işdə mən,
Dedim, ata, Taŋrıŋ içün söylə sən.
Xatunuŋ saŋa müti idi yəqin.
Razi idi dəxi Rəbbülaləmin.
Uş cəhənnəmdə çəkər dürlü əzab,
Təşnəlikdən xud anıŋ bağrı kəbab.
Sən cəhan əhlin suvarursən qamu,
Ol susızlıqdan yanar əndər-damu.
Həqq rizasiçün nola sən, ya ata,
Bir içim su qılasan aŋa əta.
Dedi, ya qızım, bu sözi söyləmə,
Bilmədügiŋ nəstəyə sə’y eyləmə.
Nişə kim, anaŋ bəxil idi qatı,
Ol səbəbdir kim, çəkər bu zəhməti.
Uş bəxillər mənzilində, ey oğul,
Yanubən möhnət çəkər nar içrə ol.
Mustəfanıŋ hövzi olmışdur həram,
Kim, bəxilü mücrimə, ey niknam.
Dedi, ya ata, bir içim su maŋa
Vergil anı içübən bulam səfa.
Avcumi doldurdı atam ol zəman,
Aldım anı anəmə getdim rəvan.
Vardım içürdim çün ol suyi aŋa,
Qulağumə irdi nagah bir səda.
Dedi: Qurutsun əliŋi ol Çələb,
Dünyadə olsun saŋa Həqdən qəzəb.
Kim, suvardıŋ bir bəxili bu məhəl,
Mustəfa hövzindən, ey xain dəğəl.
Muni qılmışdır aŋa Allah həram,
Nişə suvardıŋ anı, ey natəmam?
Çün oyandım uyxudən mən, ya rəsul,
Qurımış gördim əlim, ey pürüsul.
Çün eşitdi, ah qıldı Mustəfa.
Dedi kim, anıŋ bəxilliği saŋa
Dünyadə böylə məzərrət qıldı çün,
Olarıŋ halı nola daŋlaki gün?
Mustəfa qoydı əsasını rəvan,
Övrətiŋ qolınıŋ üstinə ol zəman.
Dedi: Ey qəffarü həyyü zülcəlal,
Ey rəhim vey kərimi-bizəval,
Pak zatiŋ hörmətiçün, ya İlah,
Lütf qılgil bu zəman, ey padşah.
Həm dəxi bu vaqiəniŋ hörməti,
Bu zəifədən gidər bu zəhməti.
Qolını qılgil mübəddəl sihhətə,
Ta ki varə, şükr edə bu hikmətə.
Övrətin qolı sağaldı dər-zəman,
Yenə əvvəlki kimi oldı rəvan.
Sən olarıŋ hörmətinə, ya İlah,
Kim, bəxillərlə bizi qılma təbah.
Qəlbimizdən hübbi-dünyanı götür,
Sən yerinə öz məhəbbətüŋ gətür.
Ətəşi-məhşərdə sən, Rəbbi-qəni,
Qılma məhrum hövzi-Əhməddən məni.
Ol güruhdən qıl bizi sən, ey Xuda,
Şərbət içərlər bərhövzi-Mustəfa.
Dostları ilə paylaş: |