ƏL-HƏDİSÜL-ƏVVƏL
الراحمون یرحمهم الرحمن ارحموا من فی الارض
1 یرحمکم من فی السماء
Budurur əvvəl “Hədisi-ərbəin”,
Guş qılgil sidq ilə, ey pakdin.
Ravilər böylə rəvayət eylədi,
Ən-ən ilən ol bizə böylə dedi.
İstima’ etgil, əya sahibnəzər,
Bu sözi nəql eylədi İbni-Ömər.
Diŋlə Abdullah muni böylə dedi,
Fəxri-aləmdən rəvayət eylədi.
Dedi məxluqatə hər kim rəhm edər,
Rəhm edər ana Xudayi-dadgər.
Rəhmi olan qullara ol bizəval,
Rəhm edər dedi Rəsuli-bimisal.
Kim zəif olanə qılmaz şəfqəti,
Necə umar ol Xudadan rəhməti?
Rəhm edin siz yer yüzində olanə,
Ta ki rəhmət sizə göglərdən enə.
HEKAYƏT
Bir hekayət istima' et şimdi sən,
Bu hədisin üstə, ey xəlqi-həsən.
Ol Ömər əmirülmö’minin,
Ol Mədinə kuçəsində, ey əmin.
Gördi dutmış bir kəsi bir sərçəni,
Eyləmiş məhbus oynadır anı.
Rəhm qıldı ol quşa ol dəm Ömər,
Aldı satun anı oğlandan məgər.
Çünki aldı anı azad eylədi,
Qurtarub dustağ ikən şad eylədi.
Keçdi munuŋ üstə bir qaç ruzigar,
Eylədi çünki fənadən ol güzar.
Bir gecə bir şəxs anı düşdə görər,
Dedi halın netə oldı, ya Ömər?
Bu qaranqu əvdə halıŋ söyləgil,
Necə oldı, sən maŋa şərh eyləgil.
Söyləgil Allah səniŋləŋ neylədi,
Necə düşdi anda bazarıŋ dedi.
Pəs əmirülmö’minin verdi cəvab
Kim, işim oldı səvab əndər səvab.
Həqq-təala cürmimi əfv eylədi,
Ruhimi rəhmət xanilə toylədi.
Pəs yenə ol şəxs aŋa söylədi,
Nə səbəb birlə saŋa rəhm eylədi?
Həqq səni cudiŋdən etmişmi azad?
Yoxsa ədliŋdənmi oldı bu murad?
Yoxsa zöhdiŋdənmi buldun şəfqəti?
Kim, saŋa oldı Xudanıŋ rəhməti.
Dedi bu dedikləriŋ, ey mahru,
Qılmadılar faidə munlar qamu.
Çün məni qəbrə qoyuban getdilər,
Qaranqu yerdə məni tərk etdilər.
Gəldilər iki firiştə nagəhan,
Heybətindən getdi əqlim ol zəman.
Çünki bu hal ilən gördüm anları,
Titrədi yapraq kimi ə’zam varı.
İkisi dutub məni qaldırdılar,
Oturunca gəldi qarşumə bular.
Dilədilər edələr maŋa sual,
Bir nida gəldi nəgahin bu məcal.
Ey mələklər, ol qulumnı tərk ediŋ,
Anı qorxutmıŋ, yanından tez gediŋ.
Rəhm qılmışdı fənadə bir quşə,
Lacərəm, üqbadə rəhmət irişə.
Çünki məxluqatimə rəhm etdi ol,
Rəhmətim xaninə andan buldı yol.
Rəhmət eylə qamuyə sən, ey rəhim,
Qullarıŋa ruzi qıl darünnəim.
HEKAYƏTİ-ÜXRA
Həm yenə diŋliŋ münasib bu sözə,
Bir hekayət edəyim şimdi sizə.
Var idi bir abidü zahid əyan,
Ol Bəni-İsrail içrə bir zəman.
Aclığ irişdi Bəni-İsrailə,
Bir gün ol zahid məgər əyyam ilə,
Gedər ikən yola bir gün ol hümam,
Gördi qumdən bir təpə, ey niknam.
Böylə fikr etdi ki, un olaydı bu.
Aclara muni verəydim mən qamu.
Qurtaraydım ta ki aclıxdan məgər,
Ol Bəni-İsraili mən sərbəsər.
Ol zəman peyğəmbərinə ol Xuda.
Vəhy qıldı var filani muştula.
Ol dağın un olduğunuŋ əcrini
Kim, saŋa yazdurdı ol Rəbbi-qəni.
Dəftərinə eylə yazdurdı təmam,
Eyləmiş ola təsəddüq, ey hümam.
Rəhm qıldı çün mənim qullarıma,
Dərvişü miskinü yoxsullarıma,
Çünki ol xeyrat içün etmiş qərəz,
Rəhmət etdim imdi mən dəxi əvəz.
Hər kimiŋ ki niyyəti xeyrə olə,
Lacərəm, Həqdən aŋa rəhmət gələ.
Qullarıŋı, ya İlahülaləmin,
Niyyətini xeyrə qıldurgil həmin.
Dostları ilə paylaş: |